GÖR DARIXMAQ NECƏ OLUR SEVƏNDƏ…
SEYMUR SÖNMƏZ tərəfindən "Şeir" bolməsinə 10:18 13 iyul 2018 tarixində əlavə olunmuşdur

Necə deyim xəbərsizəm özümdən,

Harda olsam tanınıram izimdən.

Dəli könlüm çıxan kimi sözümdən,

Bir qız məni qəfil saldı kəməndə -

Gör, darıxmaq necə olur sevəndə?!

 

Bilən desin, mən indi nə haldayam,

Bəkə elə xəlvət guşə, daldayam...

Doğulandan səfərdəyəm, yoldayam,

Nə şəhərə sığışıram, nə kəndə -

Gör, darıxmaq necə olur sevəndə?!

 

Gah arana üz tuturam, gah dağa,

Sağa-sola çevrilməyim qadağa.

Nə qaraya bənzəyirəm, nə ağa,

Həsrətimdir dilə gələn çəməndə -

Gör, darıxmaq necə olur sevəndə?!

 

Hərdən sözlə girləyirəm başımı,

Sevgidimi əldən alan huşumu?

Harda gəzim görən şahlıq quşumu,

Heç bilmirəm daş-torpağam, ya bəndə -

Gör, darıxmaq necə olur sevəndə?!

 

Hərdən durub-dayanıram key kimi,

Gurlayıram dərd əlindən göy kimi.

Axşam-səhər sızlasam da ney kimi,

Ölməmişəm, həm səsdəyəm, həm ündə -

Gör, darıxmaq necə olur sevəndə?!

 

MÜƏLLİF:SEYMUR SÖNMƏZ PAŞAYEV

 


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
8+29=
Hesaba giriş
Müəllif

SEYMUR SÖNMƏZ
Haqqında
Sanma məni, sən avara mən eşqimin dəlisiyəm Düşünməki hər, baxışı görüb onu sevəsiyəm Xumar gözdə cilvələnib, gülümsəyib ötəsiyəm Adətim bu, hər yetənə könül verməm…! Hər yetəndən, könül almam , Neyləyim ki , məndə buyam.
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0243 saniye