ÜRƏYİMDƏ ÖLƏNİM VAR, YASDAYAM
SEYMUR SÖNMƏZ tərəfindən "Şeir" bolməsinə 17:22 10 aprel 2018 tarixində əlavə olunmuşdur
Gözüm həsrət qalıb ağa-qaraya,
Heç bilmirəm çıxım gedim haraya.
Tab gətirmir ürək bu cür yaraya,
Ürəyimdə ölənim var, yasdayam!
 
Məni atıb getən qıza nə deyim,,.
Sığışmayır yerı-göyə gileyim.
Puç olubdur neçə arzum-diləyim,
Ürəyimdə ölənim var, yasdayam!
 
Onun görən heç insafı yoxdumu,
Görən desin, gözündən yaş axdımı?
Axı, ona sərf etmişdim vaxtımı,
Ürəyimdə ölənim var, yasdayam!
 
Ağlayan kəs qoy halıma ağlasın,
İncik könlüm çay deyil ki çağlasın...
Quş perikər uçmuş görsə yuvasın,
Ürəyimdə ölənim var, yasdayam!
 
Mən ki heç vaxt aşmamışdım həddimi,
Nə etmişdim, tapdaladı rəddimi?
Həsrət daha əyib büküb qəddimi,
Ürəyimdə ölənim var, yasdayam!
 
 
 
 MÜƏLLİF:SEYMUR SÖNMƏZ PAŞAYEV
 
 
 
 

... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
3+28=
Hesaba giriş
Müəllif

SEYMUR SÖNMƏZ
Haqqında
Sanma məni, sən avara mən eşqimin dəlisiyəm Düşünməki hər, baxışı görüb onu sevəsiyəm Xumar gözdə cilvələnib, gülümsəyib ötəsiyəm Adətim bu, hər yetənə könül verməm…! Hər yetəndən, könül almam , Neyləyim ki , məndə buyam.
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0229 saniye