mən insanam..
Vüsal Oruclu tərəfindən "" bolməsinə 19:25 04 mart 2015 tarixində əlavə olunmuşdur

Mən allahı inkar edən,şeytanın yer üzündəki üstünlüyünü qəbul edən satanist'əm.
Eyni zamanda,xristian'am.Asdığı xaçın ağırlığından özünə İsa'ya verilən əzabların bir hissəsini yaşadan,bütün əzilmişləri inandığı insanın xilas edəcəyi ümidi ilə yaşayan bir xristian.
Həmçinin bütün mənfilərin səbəbini və həllini tapmağa çalışan,meditasiya ilə həyatımı gözəlləşdirən buddist'əm."Quru Qrant Sahib"ə inanan,əməl edən,müqəddəs mətnlərimizin açılışında deyilən iki sözə (Tək Tanrı'ya) inanan Sih'əm.
Ən az Nəsimi qədər Tanrı,Osho qədər azad biriyəm.
Bir yandan da cəhənnəmə və lənətlənməyə çox da inanmayan,hər kəsin qəlbində ona özünü anlamağa kömək edə biləcək,səmimi,uca ruhlu bir tanrının olduğuna inanan bir hindu'yam.
Müqəddəs dedikləri dinlər uğrunda qan tökən insanların əksinə,bütün dinlərin əleyhinə gedib,yalnız allahın varlığını qəbul edən bir deist olmaq da gözəldir.
Və mən bir müsəlman'am.İnsanları seçdikləri din və həyatlara görə fərqləndirməyən,allahla dost olan bir müsəlman.Təzyiqlərin azalmaqdansa daha da çoxaldığını hiss edən,qorxub yaşadığı çətinlikləri heç kimə deyə bilməyən bir müsəlman.Onların cavabını bilirəm onsuz : 
"Allah səni sınağa çəkir.."

04.03.15 ; 17:24 .


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
3+29=
Hesaba giriş
Müəllif

Vüsal Oruclu
Əlaqə
Tel.:
+37120580770
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.055 saniye