Qalibiyyət
və faciəmizdən 23 qədəm uzaqlaşırıq. Yaxınlığı göstərən tək məfhum isə 23 il əvvəlki
hüzünlü hadisələrin hərarəti ilə isinən qəlbimizdir. Kamançanın səsinə etinasız
yanaşmayı bacarmayan, keçmişə cəsarətlə baxan xalqın ürəyi...20 Yanvar
metrosunda eşitdiyim kamançanın səsini, gördüyüm üzləri, qərənfillərin ətrafına
yığılan qayğılı ürəkləri izlədikcə uzaq olmayan bir keçmişin hekayəsini eşitmək
çətin olmur. İlə yanvarla başladıq.. Müstəqilliyə başladığımız kimi. Bu günün həqiqətini
dərk eləmək sonu olmayan addımların şərhini vermək qədər çətindir. Çünki bu gün
nə matəmdir, nə də bayram. Bu gün başlanğıcdır.
ardı...
Nə qədər sözlər var təsəlli etmək üçün. Faydasızdırlar demək olmaz. Məsələn elə `hər şey yaxşı olacaq` sözü... bir təsəlllidən bir ümidə, yeni bir həyata təkan olur... ən çətin bir vəziyyətdə xilas edə bilər bir insanı. Ola bilsin ki, hər şey yaxşı olmaz, ama yaxşı olacaq düşüncəyilə yaşayar insan, ümidsizlikdən yaxşı yaşayar...
ardı...