Qəzəlvari
Mirzə Lazım tərəfindən "Şeir" bolməsinə 14:21 30 sentyabr 2026 tarixində əlavə olunmuşdur

Şövqə gəlmiş müştaq üçün bir fərahət qəzəlvari
Haqqa dönsə, hər sözündə var məlahət qəzəlvari

Sanma yoxdur hünər məndə qəzəl ilən cəhd eyləyim
Pərvaz üçün təb yolunda oldu rahət qəzəlvari

Nə hacətdir pərçim olsun sözün bəndi bəhrə, vəznə
Eylə ruhun ağuşunda istirahət qəzəlvari

Mən əruzun məhbəsində məhbus olmam qəlp qaydaya
Gər axırsa ürəyimdən saf bədahət qəzəlvari

İndi gör kim, həmvar olub, ürəyimdən axdı getdi
Nə təfilə, nə də təqti, xoş fəsahət qəzəlvari

Məni böylə məmnun görüb təfəkkür eyləmiş kimsə
Necə etsin puç iddia, ki, qəbahət qəzəlvari?!

Lazım, dəxi kənar olsun qəm-ü qüssə səndən müdam
Ürəyində ol mütməin, bul fəlahət qəzəlvari


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
2+19=
Hesaba giriş
Müəllif

Mirzə Lazım
Haqqında
Bir gün bütün balıqların günəşə qovuşması diləyi ilə...
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0243 saniye