Nə biçarə vurnuxursan, hey ararsan ey müztərib,
Ki əzəldən mehrin susub, səni nagah kərb sevdisə?!
Ha çırpınsan imkanı yox, intizarın naçar qalar
Özü səndən əvvəl varıb eylər səni cəlb, sevdisə
Sevilməkdən nakam ikən bir həvaya oldun düçar
Hər zalıma meylin salar - budur hasil - qəlb sevdisə
Sən lətif qal, səndən ötən sənə layiq deyil yəqin
Nə eylərsən ol nəfsə ki, nəvaziş yox, zərb sevdisə?!
Məyus olma, varıb getsin, bu ol şəxsin karı olmaz
Sülhü sanma məlhəm ola fitr-i bəşər hərb sevdisə
Gər min kərə istiqamət ver yönəlsin, bulsun şəfəq,
Onu sarmaz bu çilçıraq, vəch-i zülmət, qərb sevdisə
Lazım, ümid batil deyil, istiqrarı eylə mətin
Bir də gördün, Xaliq edər günahından səlb, sevdisə