
 Firuzə Çiçək
 
 
 
 
 
 "Xəyanət qoxusu" (parca) müəllif: Firuzə Çiçək
 
 
 
 Bölmə:Hekayə
 Tarix:18:20 04 avqust 2012
 
 
 
 
Başı bərk 
ağrayırdı. Beynində nəsə uğultu var idi. Elə bil zavodda düz mühərrikin yanında 
dayanmışdı. Alnını ovuşdurub, gözlərini açdı. Maşında idi. Ona nə olmuşdu? Hər 
şeyi xatırlamağa başladı. Hə, fizika hazırlığında idi. Birdən tanımadığı, ümumiyyətlə 
heç üzlərini görə bilmədiyi kimlərsə gəldi. Rauf müəllim yaman narahat oldu. 
Sonra ona çölə çıxmamağı tapşırıb, özü getdi. Əvvəl səs-səmir gəlmədi. Amma qəfil 
bir mərəkə qopdu, gəl görəsən. Silah səsləri, qışqırtı. Sonra, sonra?... Rauf 
müəllim içəri gəldi. Əlində də nəsə vardı. Amma qorxudan, həyəcandan nə 
olduğunu heç anlaya bilmədi. Hə, sonra da huşunu itirdi deyəsən. Amma ömründə 
huşunu itirməyib. Həm də nə qədər həyəcanlı olsa da, özündən getmək həddində 
deyildi. Bəlkə də özündən xəbəri olmayıb, necə huşunu itirdiyini heç hiss etməyib?! 
Çünki Rauf müəllim onu  sillələdi, özünə 
gəl dedi, çiynindən tutub silkələdi. Hə, hə... Belə də olub yəqin. Vay, nə pis 
olub. Onda bəs indi haradadı? Kimsə onu maşının arxa oturacağında uzandırmışdı. 
 ardı...
 
 


 
 

