Azərbaycanın ilk tibb bacısı
Ülfət Cavad tərəfindən "Digər yazılar" bolməsinə 10:58 20 mart 2016 tarixində əlavə olunmuşdur

 İlk azərbaycanlı səfqət bacısı Şıxlinskaya Nigar Hüseyn Əfəndi qızı 1878-ci ildə Tiflisdə anadan olmuşdur.Birinci dünya müharibəsinin iştirakçısıdır. Tiflisdə Zaqafqaziya Qızlar İnstitunu bitirən (1889) ilk ali təhsilli azərbaycanlı qadındır. Rus, fransız, ərəb, fars dillərini mükəmməl bilirdi.46 yaşlı yaraşıqlı zabit Əliağa Şıxlinski ilə rastlaşan Nigar xanım ilk baxışdan ona aşiq olmuşdur.Onların hissləri qarşılıqlı idi və 1909-cu il 27 oktyabr tarixində toyları olmuşdur.Ceneral Ə.Şıxlinskinin həyat yoldaşı kimi Nigar xanım 1914-18-ci illərdə zabit arvadlarının yaratdığı "Qırmızı xaç" adlı hərbi xəstəxanaya başçılıq edən komitənin sədri seçilmişdir. Bununla yanaşı Nigar xanım gecə -gündüz bilmədən bütün zamanını hospitalda keçirir,yaralılara kömək olaraq,onların qohumlarına rus,tatar və qazax dillərində məktublar yazırdı.Oktyabr inqilabından sonra Əliağa Şıxlinski istefaya çıxır və xanımı Nigarla birlikdə Bakıya qayıdırlar.

 Nigar Şıxlinskaya 15 avqust 1931-ci ildə Bakıda vəfat etmişdir.Əliağa Şıxlinski öz xatirələrində yazmışdır:Mənim həyatımın ən xoşbəxt anları Nigar xanımla birlikdə keçirdiyim 22 il olmuşdur.


... dəfə oxunub
Qiymət: 9/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
1+26=
Hesaba giriş
Müəllif

Ülfət Cavad
Haqqında
Səssizliyin içində dinlədiyim səs ruhumu rahatladar. Bəzən gözlər dil-dodaqdan daha mənalı danışar...
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Twitter
YouTube-da izlə
Facebook
0.0259 saniye