Dostluq masalı
Elnure Oruclu tərəfindən "Şeir" bolməsinə 19:54 11 noyabr 2012 tarixində əlavə olunmuşdur

Dolaşıb hisslərim biri-birinə,

Sevgini qoyuram dostluq cibinə

Əlim dəyən kimi dostun əlinə,

Qəlbim alovlanır günəş yerinə


Dostun yanındaykən ürək şellənir.

Onsuz qalandaysa , hey gileylənir

Yamanca darıxır , səbri tükənir.

Dostun, dostluğundan sevgi dilənir.

 

"Bircə evlənsəydim , nə idi dərdim"

Evliliyi "onunla" xəyal edərdim

İndi xəyalımın gülü solubdur,

Bəxtim dazlaşmış saçın yolubdur

 

"Bu gün keçsin, sabah deyərəm" dedim

Dostumdan xəbərsiz , dostumu sevdim

Təkcə ummadığım ayrılıq idi,

Heyf ki onun da vaxtı yetişdi

 

Ayrılıq "xeyir-duası" ürəyimi dağladı

Qaranlıq buludlartək günəşimi bağladı

Çəkərək əllərini , mənim əlimdən,

Dost birdəfəlik getdi ömrümdən

 

Hələ deyənməmiş "sevirəm səni"

Dost seçdi hansısa , özgə kimsəni

Sevgiyə həsrətkən , dostluq da getdi

Eşqim gizlənərək , qəlbimdə itdi

 

Xəzər dənizində gəmi yellənir,

Gəmidə bir toy var, dostum evlənir

Vağzalı səslənir dənizin ortasında

Dostumsa oynayır gəlinlik libasında

 

Bəylik paltarım əlimdə qaldı

Baxanda dostumu yadıma saldı

Ağladım, gözüm doldu-boşaldı

Bu da bir "dostluq" adlı masaldı


... dəfə oxunub
Qiymət: 9/10(159 səs)
[qiymət ver ]
Şərh yaz
1+32=
Hesaba giriş
Müəllif

Elnure Oruclu
Haqqında
Yazmağı çox xoşlayıram, danışmaqda çətinlik çəkirəm bəlkə ürəyimdən keçənləri deyə bilmirəm.. Ona görə yazı yazmağı çox xoşlayıram.. şeirlər, hekayələr, sevgi məqalələri və.s bunlar yaradıclıqdan irəli gəlmir, mənə görə bu qəlbimizin bizə hədiyyə etdiyi kiçicik paydır... 
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0656 saniye