... doyunca sevişirdik...
NİKOLAY tərəfindən "Şeir" bolməsinə 15:26 26 oktyabr 2016 tarixində əlavə olunmuşdur

***

isti yatağımızda;

... doyunca sevişirdik ...

bayırdakı sazaq təki soyuqdan da xəbərsiz;

... doyunca sevişirdik ...

 

***

yadındadırmı? - təkcə;

birotaqlı mənzilimiz var idi;-ala yarımçıq, təmirsiz şəraitdə...

yadındadırmı? – adicə;

mətbəximiz yox idi;

bütün qabqacaqlar da mənzilin bir səmtində küncdə-bucaqda idi;

üstəgəl;

mənzilimizin hamamı,tualeti də,

otaqların sayına adiyyatı yox idi...

yalnız, yataq otağımız mənzilimizin otağı saylırdı...

bax, beləcə; - elə; ikimizlə birlikdə

...mənzilimizdə...

birotaqlı yataq otağımız da,

...üçüncü nəfər kimi bizimlə yaşayırdı...

 

***

məlum məsələ idi; - ikimizdən başqa;

mənzilimizin qonağı olmurdu...

çünki; - qonaq otağımız yox idi ...

amma, yataq otağımız var idi ...

düzü, kiçik mənzil idi, mənzilimiz ...

amma, yenə də; - sadəcə ikimiz idik ...

... doyunca sevişirdik ...

 

***

yadındadırmı? – elə;

qohum-əqraba,

qonum-qonşu;

dost-tanış;

ikimizin sevgisinə gözaydınlığı vermək üçün,

...qonaq otağı kimi yataq otağımızda qonaq olurdu ...

...axşamçağı...

sonra da;

...gecəyarısı...

daha sonra, yenidən

...səhər açılırdı...

yenidən; - yenə,

başbaşa ikimiz təkcə qalırdıq,

... ikimiz olurduq...

...ikimiz idik...

...yadındadırmı? ...

...günlər...

...həftələr...

...aylar...

... illər bizə, ikimizə bəs etmirdi...

... sən və mən...

...ikimiz idik...

...doyunca sevişirdik...

...doyunca sevişirdik...


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
9+5=
Hesaba giriş
Müəllif

NİKOLAY
Haqqında
21 dekabr 1989-cu ildə Gəncə şəhərində anadan olmuşam.
Əlaqə
Tel.:
0557603821
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
Twitter
YouTube-da izlə
Facebook
0.0412 saniye