Lal dediyimiz əsərlər...
Çinarə Əlişli tərəfindən "Hekayə" bolməsinə 22:05 10 mart 2018 tarixində əlavə olunmuşdur
                                                                Lal dediyimiz əsərlər... Ucqar, təbiəti daha solğun və zəif olan, kəndlərin birində əsərlərini incə toxunuşla gözəl edən rəssam yaşayırdı. Yaratdığı möcüzəli əsərlər daha çox təbiətlə bağlı idi. Lakin gözəl çəkdiyinə baxmayaraq, əsərləri dəhşətli görsənirdi. Bütün rənglər gözəl və düzgün çəkilmişdi. Hətta əsərlərini seyr etdikcə, gözə canlı görsənirdi. Sadəcə onun çəkdiyi şəkillər kəndin qorxulu, pis vəziyyətə düşmüş təbiətdir.                 Bir gün rəssam qərara gəlir ki, əsərlərinin içinə yaşıl, sıx, uzun ağaclardan ibarət olan, meşənin şəkilini əlavə etsin. Kəndə yaxın bir meşə mövcud idi. Lakin o, bu meşəyə daxil olanda fikirini dəyişdi. Çünki bu meşədə ağac məhdud sayda idi. Müxtəlif həşəratlar buradan uçub getmişdilər. Həmişə öyrəşdiyimiz, günəşin gözəl şüasını yaran, nazik, amma bərk sapdan düzələn hörümçək toru orada yox idi. Ağacların isə artıq səbri çatdayıb, öz ağır yüklərindən azad olmaq üçün kökündən qırılıb, aşırdılar. Rəssam bunu çox gözəl, canlı çəkə bilərdi. Lakin bütün kolleksiya əsərləri bu dəhşətli təbiətdən ibarətdir. Bunun sayəsində rəssam yığışıb, insanın ürəyincə və incə xəttlə daha mülayim mövzu bağışlayan təbiətə yollandı. Axır ki, yollunu bitirib təbiətin qoynuna yenidən girdi. Bu meşədə isə heç bir heyvanın cınqırı belə çıxmırdı. Meşədə qulaq batıran çəyirtkənin səsi eşidilmirdi. Ağacların bəziləri qozbel olub yerə kimi əyilmişdilər. Lakin bu meşə digərinə baxanda nisbətən yaşıl rənglərə çalırdı. Rəssam buna fikir verməyib, yerini rahatlayıb, fırçasını əlinə aldı. Onun gözünə bir məqam sataşdı. Ağacların üzərini tüstüyə oxşar qara duman basmışdı. Bu meşəyə yaxın olan zavoddan gələn tüstüdür. Sonra birdən kobud bir səs qulağına dəydi. Səs gələn tərəfə getdi. Orada odunçu cavan, yaşıl, ağacı vurub dağıdırdı. Gözlənilmədən rəssamın yanında olan ağac diləndi: -Xahiş edirəm, bizə kömək et. İnsanlar hər gün gəlib, ağaclardan birini qırıb, aparırlar. Onlar hiss etmirlər hansı pisliyi bizə qarşı törədirlər.-Ağacın səsi yazıq və zəif kimi eşidilirdi. Rəssam bu an təşvişə düşüb, yerə yıxıldı. Amma sonra tərzini düzəldib qalxdı. Sözlər isə ona mütəəssir etdi. O saniyə bunun qarşısını almaq üçün fikirə getdi. Həyatını bu əcaib təbiətin şəkillərinə sərf etmək istəmirdi. Geləcəkdə yeni yaratdığı şəkillərdən həzz olmaq fikirində idi. Buna görə təbiətin həyatını xilas etmək üçün əlindən gələni edəcəkdi. Bunun üzərində ciddi şəkildə məşğul olmasa, əvvəl ki, meşənin taleyi təkrarlanacaq. Yəni gedikcə təbiət məhv olacaq. Təbiətin məhvi isə cəmiyyətin sonuna gətirib çıxaracaq. Axır ki, bunun yollunu tapdı. Öz kəndinə qayıtdı. Bütün çəkdiyi şəkilləri birdə gözdən keçirdi. O, əhəliyə yaşadığı, böyüdüyü kəndin meşəsini göstərmək fikirində idi. Meşəni hamıya təqdim etmək üçün dəlil, şəkillər idi. Üzərində yağlı boyalarla çəkilmiş kətanı əlinə alıb, hələ xilas oluna bilən məşənin kəndinə qayıtdı. Və kəndin mərkəzinə gəlib, bütün əsərlərini orada görünən yerə qoydu. Keçən-gedən insanlar təşvişə, təlaşa düşürdülər. Bəzisinin qanı qaraldıda. Az sonra izdiham yığıldı. Rəssam üzünü onlara çevirib dedi: -Hal-hazırda iztirabla mənim üzümə baxırsız. Halbuki siz özünüz bu dəhşəti yaratdız. Meşəyə qarşı etdiyiniz hərəkətlərə göz yumursuz. Nəticədə bütün ağaclar, çöllər, düzənliklər qalmayacaq. Mən çəkdiyim əsərlər məhv olan meşədir. Sizin təbiətinizdə bu günə gəlib çatır. Bunun qarşısını almaq üçün hamınız yetərincə çalışmalısız. Mən buna fikir verməyib gözəl, işıq saçan meşəni həyatdan pozdum. Amma siz mən etdiyim səhvlərə yol verməyin. Vaxtı ilə E.Begley demişdi ki, insan tərəfindən yaradılan bir şeyi məhv edəndə adına “vandalizm” deyilir. Təbiətin yaratdığı şeyləri yox edəndə isə bunun adı “inkşaf,nailiyyət, qazanc” olur.-Deyə göz yaşı sürətlə yanağından axmağa başladı.                                                                                                            Əlişli Çinarə                                                                                                                        

... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
6+17=
Hesaba giriş
Müəllif

Çinarə Əlişli
Haqqında
Hal-hazırda mənim 16 yaşım var. Uşaqlıqdan kitablara marağım olub və onları sevə-sevə oxumuşam. Onlara qarşı olan sevgini heç vaxt, heç kim dəyişdirə bilməz. 11 yaşım olanda isə ilk əsərimi yazıb-yaratmışdım. Bu əsərin nəticələri uğurlu olduğundan həm ideyalar, həm də həvəs məni yeni əsər yazmağa vadan etdirdi. Hobbim çoxlu kitab oxuyub, onu dərindən anlayıb, bacardığım qədər gözəl əsər yazmağdır. İndi isə əsərlərimin digər dillərə tərcümə edilməsi, dünyada şöhrət qazanmaq və hərkəsin yaddaşında silinməz iz qoymaq mənim ən vacib və böyük məqsədimdir. “Sən kim olursansa ol, nə istəyirsənsə istə, əgər nəyisə bərk istəyirsənsə, mütləq əldə edəcəksən, çünki bu arzu Kainatın Ruhunda doğulmuşdur. Bu, sənin Yer üzündəki vəzifəndir.” Paulo Koelho.
Əlaqə
Tel.:
0707521730
E-mail:
[email protected]
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0257 saniye