Mən kiməm
ceyhun fikrət tərəfindən "Şeir" bolməsinə 02:10 20 may 2021 tarixində əlavə olunmuşdur

Getmək istəyirəm bu şəhərdən,
izim qalmasın bu şəhərdə,
gedim uzaqlara,
tanımadığım bir yerə,
o yerdə tanımasınlar məni,
bilməsinlər dilimi,
döyməsinlər qapımı,
deməsinlər ki,
sən kimsən?
kimlərdənsən.
Qaranlıq otaqımda qərib kimi dolaşım,
pərişan halda yazılarımı ağ vərəqlərə köçürüm,
qara rəngə boyansın,
həmin o ağ vərəqlər,
yazdıqca yazım,
dünyanın pisliklərindən,
acı xatirələrindən,
uşaq kimi baxım özümə,
qayıdım keçmişə,
düşünüm ki,
mən kiməm,
nə üçün burdayam,
hardan gəlmişəm,
hara gedirəm.

Təbriz şəhəri
19.10.2020 ci il


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
6+31=
Hesaba giriş
Müəllif

ceyhun fikrət
Haqqında
ceyhun fikrət 1984 ci ildə Bakı şəhərində anadan olub. Əsli Şamaxı şəhərindəndir. 2005-ci ildən dövrü-mətbuatda yazıçı və jurnalist fəaliyyətini davam etdirir. 2015 ci ildə İranın Təbriz şəhərində yerləşən Əl-Mustafa Beynəlxalq Universitetinə daxil olub. Hal-hazırda bu universitetdə təhsil alır və Təbriz şəhərində yaşayır
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Twitter
YouTube-da izlə
Facebook
0.02 saniye