" Yalnızlığımın səsi... "
Aybəniz Həsənova tərəfindən "Digər yazılar" bolməsinə 23:20 05 noyabr 2013 tarixində əlavə olunmuşdur

Bəzən özümü elə tənha hiss edirəm ki, yalnızlığımın səsi qulaqlarımı batırır. Ətrafımda bu qədər insan var, amma heç biri onu susdura bilmir. Hərdən bu səs elə dözülməz olur ki, qulaqlarımı pambıqla tıxamaq istəyirəm. Amma nə faydası, heç nə bu səsin qarşısını ala bilmir. Bəzən düşünürəm görəsən, tək mənmi eşidirəm bu səsi? Ətrafımda, yaxınımda olanlar niyə haray vermir yalnızlığımın səsinə? Niyə eşitmirlər onun fəryadını? Və neçə-neçə cavabsız suallar... Bəlkə də yalnızlığımla məni baş-başa buraxmaq istəmişlər... 30.10.2013


... dəfə oxunub
Qiymət: 7/10(7 səs)
[qiymət ver ]
Şərh yaz
10+3=
Hesaba giriş
Müəllif

Aybəniz Həsənova
Haqqında

Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0193 saniye