… səndə qalsın
Bəhram Həsənov tərəfindən "Digər yazılar" bolməsinə 00:55 15 yanvar 2013 tarixində əlavə olunmuşdur

Nə qədər sözlər var təsəlli etmək üçün. Faydasızdırlar demək olmaz. Məsələn elə `hər şey yaxşı olacaq` sözü... bir təsəlllidən bir ümidə, yeni bir həyata təkan olur... ən çətin bir vəziyyətdə xilas edə bilər bir insanı. Ola bilsin ki, hər şey yaxşı olmaz, ama yaxşı olacaq düşüncəyilə yaşayar insan, ümidsizlikdən yaxşı yaşayar... Bəlkə də yaşayırmış kimi davaranar... və bir gün hər şey yaxşı olar. Həmin adam görməz o yaxşı günü bəzən... bəzənsə görər, amma o yaxşı deyilən onun istədiyi olmaz. Düşünər ki, görünür yaxşı olan, xeyirli olan budur... çox zaman yanılar amma inanar... həyatında çox şeyləri asanlaşdırar bu təsəlli. Az şikayət edər, az üzülər baş verənlərə... vərdiş edər buna və bir gün baş tutmayan hər şeyə xeyirli deyildi damğası vurar. Beləcə asas və anlamsız bir həyata atılar. Hər şeyi başqalarının fəaliyyətinə buraxar...

… bir də `səndə qalsın`lar... Sus, böyüklük səndə qalsın... etmə, insanlıq səndə qalsın... üzünə vurma kişilik səndə qalsın... Qalsın... bir söz demirəm... bu qalsınların bir insanda qalması çox böyük bir uğurdur... insan edir insanı... amma böyük olmaq üçün mütləq mi hamının yanlışlarına göz yummaq lazımdır? Həqiqətənmi insan olmaq üçün kürəyindən bıçaq vuranlara dönüb təbəssüm etmək vacidir? Niyə mərd olmaq üçün yalançını evinə qədər qovub onun namərd olduğunu sübut etməyək? Bütün bunlar bizdə qalsın, amma demək istədiklərimiz, etmək istədiklərimiz ürəyimizdə qalmasın... Böyük olmaq üçün kiçiklərə, insan olmaq üçün bu sifətdən məhrum olanlara, mərd olmaq üçün isə namərdlərə yerini göstərmək lazım deyilmi?

Nəyi lazım bilirsənsə qoy o səndə qalsın... 


... dəfə oxunub
Qiymət: 6/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
9+10=
Hesaba giriş
Müəllif

Bəhram Həsənov
Haqqında
Bakı Slavyan Universiteti
Jurnalistika ixtisası (Məzun)
Əlaqə
Tel.:
+994557555713
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
Twitter
Ordenlər
Nazim Hikmət Ordeni
YouTube-da izlə
Facebook
0.0257 saniye