Yeraltında Eşq və Şərab
Nicat Həşimzadə tərəfindən "Hekayə" bolməsinə 10:32 09 may 2014 tarixində əlavə olunmuşdur

                                                     

Bəzən  həyat   aclıqdan  məhv   olan  insanın  dünya  mülkündə  gözüm yoxdur  deməsi  qədər  gülünc ,  bəzənsə  70 yaşlı   qocanın  göz   yaşları qədər  kədərli  olur . Bəzən   həyat  dünən   qız olub bu gün gəlin  köçənin ərim sözünü deməsi qədər çirkin , bəzənsə  5  yaşlı  uşağın  xəyalları qədər gözəl olur . Bəzən həyat  at qədər  çalışıb  əmək haqqı  ala  bilməyən  fəhlə kimi qəzəbli olur , bəzənsə tənhalığa  qapılaraq  dənizlə  pıçıldaşan  həssas insan kimi sakit . . .                                                                                  Eh , nəysə  deyəsən yenə də  filosofluq  eşqinə düşmüşəm . Yadıma  gəlir , bir   dəfə  Çin  tarixi haqqında  oxuyanda  belə bir  fikirə  rast   gəlmişdim . Fəlsəfə qaranlıq  otaqda  qara pişiyi  axtarmaqdır (  Konfutsi təlimi ) Bunlar cəfəngiyyatdır , sizə  öz  həyat  hekayəmi  danışacam . Elə  bir  zamanda  dünyaya   gəldik  ki , ( sevdiyim  qızla  özümü  nəzərdə  tuturam )  ölkəmiz müharibə şəraitində  yaşayırdı . Daha doğrusu ölkəmizin yoxsul  insanları . Oliqarxlar da kapital uğrunda döyüşürdülər .    Lakin  bu  yoxsulların qızğın savaşından fərqli olaraq  ideoloji müharibə idi .  Elə bir zamanda sevməyə başladıq ki , sevməyə  nə yaşımız , nə də haqqımız  çatırdı . Axmaq mental qaydaları sevgi hisslərimizə  görə hakim olub  bizi mühakimə  edirdi  . Hər zaman cəsarətli bir qız arzulamışam ki , onunla  hər kəsin  gözləri önündə sevişərək  tüpürüm bütün mental  dəyərlərə . Elə  bir zamanda görüşməyə başladıq ki , görüşməyə nə  məkanımız , nə  də  cəsarətimiz vardı . Xeyli düşündükdən  sonra  çıxış yolu  tapdıq . Yeraltında  görüşəcəkdik . Yox , qorxmayın , hind  filmərinin   romantik qəhrəmanları kimi intihar etmədik . Qərara  gəldik  ki , 28 may  metrostansiyasında   görüşək .  Bilirəm  düşü-nəcəksiz  ki , anasından küsən , ərindən ayrılan , məşuqəsiylə dalaşan, biz sözlə şəhərin  bütün əhalisi  burada olur . Gizlətmək istədiyin  hər şeyi insanların gözləri önünə at , heç kəsin ruhu  duymayacaq . Amma  gizlət-məyə çalışsan boş başlarını hər  yerə  salıb polis  itləri kimi  axtaracaqlar . Sonra   gördük  ki   , 28 may çox  səs –  küylüdür . Öz  səsimizi  özümüz eşitmirdik . Daha  sakit  stansiya lazım idi , əlbəttə ki Ulduz  başqa variant ola da bilməzdi . Təhlükəsizlik  kameraları  yox  idi  o zamanlar .  İndiki  uşaqlara yazığım gəliryaramazlıq etməyi də bacarmırlar . Bu stansiyada biz ikimiz , iki nəfər polis və  bir də  metropoliten əməkdaşı olan  bir qadın olurdu . Onları da  yola gətirə  bilmişdik , daha  doğrusu yoldan çıxarmışdıq  Qadının əndamına baxanda bilinirdi ki , şirniyyat xəstəsidir , ona peçenya ,şirin  qoğal  alırdım . Polislərin də  hərəsinə  bir  “Kent 8”  bağışlayanda  peyğəmbər övladı  qədər xeyirxah olduğumu zənn edirdilər . Şərab içməyi də unutmazdıq , pepsi və  kola içkilərinin plastik  qablarında gizlədərdik şərabı . Mən erməni konyakanı , sevgilimsə  Gürcü  çaxırını içərdi . Pepsi qabında konyak olardı , Koladasa  çaxır . indi  o qız  ləyaqətli  ev  qadınıdır , mənsə  hələ də  ləyaqətsiz  küçə  kişisi  .

 

                                                                               Nicat  Həşimzadə


... dəfə oxunub
Qiymət: 6/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
2+10=
Hesaba giriş
Müəllif

Nicat Həşimzadə
Haqqında
gənc yazar , 
Əlaqə
Tel.:
0518589780
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0218 saniye