№027 Qatil - Qara Dəftər
Uraqan tərəfindən "Hekayə" bolməsinə 00:39 13 aprel 2018 tarixində əlavə olunmuşdur

Alyaskaya çatdıqdan sonra Qara dəftərə baxaraq 21 nəfəri düzüb sayırlar. 21 nəfərin hamısı yerindədir. Siyahı düzgündür. Hamı yerindədir. №027 görür ki, Master burada yoxdur. Siyahıda Masterin olmadığı üçün heç kim onu düşünmür. Qatil də üzə vurmur. Fikirləşir ki, Master qaçıb.

 

21 nəfərlik ən təhlükəli cinayətkrlara 1 həftə alışdırma üçün vaxt verilir. 1 həftədən sonra qapılar açılır və içəri 5 nəfər daxil olur. Aralarında biri müdürə oxşayır. Müdürə oxşayan danışmağa başlayır.

 

 “Azadlığınız indi öz əlinizdədir İş bitən kimi sizlərə azadlıq veriləcəək. Sizi bura gətirmməkdə məqsədimiz Daş-Kömür mədənində olan işdir. İişimiz təhlükəli olacaq. Ola bilsin sona yaxın sayımız çox az qaldı.ehtiyyatlı olmaq lazımdı. İşin içində ölüm təhlükəsi var. Ancaq unutmayın ki, işin sonunda sizi azadlıq gözləyir.

 

 Mən tez-tez gələ bilməyəcəm. Bunun üçün üstünüzdə rəis kimi İvan Kazakav duracaq. Görüdüyünüz bu 2 nəfər şəxs isə sizə mühəndin kimi kömək edəcək. İlərinizdə sizə yardımçı olacaq. Bu gördüyümüz şəxs isə sizin həm aşbazınız olacaq.

 

 İşə sabah səhərdən başlanılacaq.

 

  Bunu deyir və çıxır. Çıxdıqdan sonra mühəndislərdən biri №027 Qatili yanına çağırır. №027 Qatil onu tanıya bilmir. Mühəndis özü dedikdən soonra onun Master olduğunu anlayır. Nə üçün qaçdığının səbəbini soruşanda Master deyir, “səni tərk edib getmək istəmədim. Həm də yol çox uzaqdı. Şəhərə kimi sağ çatsaydım belə şəhərdə iş tapa bilməzdim. “Master ona necə qaçdığını və bura necə işə düzəldiyini danışır. Masterin hekayəsi №027 Qatili heyrətə salır.

 

  21 nəfər heyyət səhər işə çıxırlar. Lakin özləri də inanmır ki, heç kim onlara azadlıq verməz. Həm burdan çıxdıqdan sonra nə edəcəklər? Yenidən eyni adam olacaqlar, yenə də eyni həyatı yaşayacaqlar. Buna görə çox işləmirlər və işə laqeyd yanaşırlar. İvan Kazakov onları işə cəlb etmək üçün  müxtəlif xırda oyunlar oynamağa məcbur qalır. Lakin bu da kömək etmir və bu barədə müdriyyətə məlumat verirlər. Bir aydan sonra heç bir irəliləyiş olmur. Səbəbsə onların azadlığa çıxacaqlarına inanmamaqlarında olur.

 

  Ayın yekununda müdriyyət gəlir və onlara kontrak imzalatdırır. Kontraktda yazılır. İş bitdikdən sonra məhbuslara azadlıq və kim istəsə müdriyyətin öz yanında işlə təmin olunacaqlar.

 

  Cinayətkarlar buna inanmağa başlayır və işi 12 aydan da az bir vaxtda qurtaracaqlarına əmin olurlar. Hər gün iş saatlarından da əlavə qalıb işləməyə başlayırlar. Yenidən olduğu kimi 21 nəfər cinayətkarı öz aralarında №27 Qatil idarə edir.

 

 


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
1+25=
Hesaba giriş
Müəllif

Uraqan
Haqqında
"Hərbidən Qeydlər" kitabınıın müəllifi.
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Twitter
YouTube-da izlə
Facebook
0.0215 saniye