17 ç
ŞvartsMan tərəfindən "Hekayə" bolməsinə 20:20 19 noyabr 2016 tarixində əlavə olunmuşdur

Əsgər  yoldaşım  Məmmədli  Samir  üçün        

Yanvar  ayının  26-sı  məni  hərbi  komissarlıqdan  çağırdılar. Əsgərliyə  aparırdılar. Bədən yoxlanışında  gördülər  ki, kəsik, döymə  var. Birdə  əsəblərimi  yoxladılar. Bu  üç səbəbə  görə  məni  1  həftəlik  guya  müalicə  üçün  Maştağa  göndərdilər. Bizim  dildə  desək, dəlixanaya. Elə qısa  müddətlik  macəram  da  bundan  sonra  başlayır.

Yolda  telefonla  evdəkilərə  xəbər  verdim  ki, hərbi  komissarlıq  məni  Maştağaya  yollayır. Başa  saldım  ki, mənlə  birlikdə  8  nəfəri  də  ora  aparırlar. Elə  onlar  da  mənim  kimidilər.

Maştağaya  çatdıq. Üçmərtəbəli  bina  idi. Ərtaf  yaşıllıqdı,  dəlilər  orda  otları  biçirdilər, gülləri  sulayırdılar. Həkimlər  də  onlara  nəzarət  edirdi. Onların  yanından  yavaş-yavaş  girdik  binaya. Yanımdakı  oğlanlarla  birlikdə  bir  qapını  döydük. Qapının  27-28  yaşlarında  həkim  xanım  açdı. Bizi  yoxlanışa  apardı. Ciblərimizi, üst-başımızı  yoxladı. Siqaret  qutusundan  və  alışqandan  başqa  hamısını  götürdü. Amma  mən  yoxlayacaqlar  deyə  telefonumu  ayaqqabımdan  gizlətmişdim.

Yoxlanışdan  sonra  bizi  palataya  apardılar. Palataya  girən  kimi  dəlilər  üstümüzə  cumdular. Hamısı  “siqayet  vey, siqayet  vey”  deyib  “r”ləri  “y”ləyərək   bizdən  siqaret  istədilər. Mən  də  uşaqlarla  birlikdə  bir  qutu  siqaret  çıxarıb  payladıq. Hərəsi  bir  küncdə  oturub  bir  siqareti  7  nəfərə  çəkirdilər. 30-31  yaşlı  tibb  bacısı  onların  hamısının  üstünə  qışqırandan  sonra  xəstələr  öz  yerlərinə   qaçdılar.

Yavaş-yavaş  apalataya  yerləşməyə  başladıq. Artıq  ondan  sonra  bizi  bekarçılıq  basdı. Bizə  yad  olan  bu  yerdə  darıxmağa  başladıq. Darıxa-darıxa  bir  günü  də  yola  verdik.

Sabah  səhər  hər  şey  başladı. Oturmuşduq  qıraqda,  dəlilər  başımıza  yığışdı. Söhbət  eləməyə  başladıq. Hərəsi  bir  hekayə  danışırdı. Biri  mahnı  oxuyurdu, o  biri  şeir  deyirdi. Biri  var  idi, 12  il  həbs  yatmışdı. Rusiyada. Zonda. Dediyinə  görə, adam  biçaqlamışdı. Deşik-deşik eləmişdi. Özü  demədi, nəyə  görə  öldürüb. Bütün  bədəni  döymə  idi. Ağlı  birdən  gedirdi-birdən  gəlirdi. Elə  şeylər  danışırdı  ki, adam  ağlamaq  istəyirdi. Danışırdı  ki, türməyə  düşdüyü  ilk  gün  onu  əməlli-başlı  döyüblər. Sonra  yavaş-yavaş  öz  tərəflərinə  çəkiblər. 12  il  həbsdə  qaldı. Sonra  qardaşı  onun  pis  vəıziyyətini  görüb  dəlixanaya  yerləşdirdi.

Xəstələr  arasında  eləsi  vardı  ki, yatrıdı-dururdu,  ancaq  meyxana  deyirdi. O  biri  nə  bilim, zibil  yeşiyindən  çürümüş  alma  qalıqlarını  yeyirdi,  siqaret  kötükləri  gəmirirdi. Həkim  gələn  kimi  hər  kəs  bir  küncə  qaçırdı. Dəlilər  ağ  paltarlı  hər  kəsdən  qorxurlar. Qorxurlar  ki, iynə  vuracaq. Arada  bir  əyləncə  üçün  dəlilərlə  siqaretdən  kart  oynayırdıq. Bir  sözlə,  dəlixanadı  da.

Deyildiyi  kimi, 1  həftə  yox, 3  gün  qaldım  burda. Ayın  29-u  saat  1-in  yarısı  bizi  palatadan  çıxarıb  yoxlanışa  apardılar. Yoxlanışdan  sonra  sevindik  ki, çıxırıq  burdan. Qardaşım  maşınla  gələcəkdi. Maşınla  gəldi  və  maşına  minib  uşaqlarla  “Əzizbəyov”da  düşdük.

Hərbiyə  yanvarın 30-u  gəldim. Xidməti  vərəqəmdə  “17ç”  yazılmışdı. Bu, psixi  pozğunluğu  olanlara  verilən  maddədir.

30.06.2016


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
8+28=
Hesaba giriş
Müəllif

ŞvartsMan
Əlaqə
Tel.:
055 519 35 77
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
Twitter
YouTube-da izlə
Facebook
0.0453 saniye