37 - ədalət - 37
Xuraman tərəfindən "Şeir" bolməsinə 17:52 20 aprel 2014 tarixində əlavə olunmuşdur

Necəsən, qardaşım?
Sürgünlər yaman soyuq, həsrət buz kimi.
Güllələrin içində saxladığım şeirlərimi,
Payla cənnətə..
Hardasan, qardaşım?
Getdin sən də?
Sən də əclaf çıxdın, tarix kimi?
Bizi düzdülər sıraya, dedilər yandırın!
Şərəfsiz yığınları, öldürün!
Artıqdı bunlar millətə!
Dedilər, parçala və məhv et,
Dedilər, məhv et və dirilt,
Dedilər, qələt edirsiz, qələm nədi!
Eh, qardaşım, buralar soyuq, məzarlar yaxın.
Kəfənsiz girəcəm torpağın altına, əminəm, de üzülməsin, sadiq qadınım.
Ha otuz yeddi, ha otuz səkkiz ..
Xain olduq bu gün biz.
Ha erməni, ha rus..
Şərəfsiz yığınıdır.
Unutdum şeir yazmağı..
Sənin sevdiyin qafiyələri doldurdum çamadana,
Sürgündə birdən lazım olar şərəf yığınına..
Nə vəsiyyət qoyuram, nə miras..
Hə, onu da bilirəm ki, bir gün adımız kitabların ilk səhifələrində gedəcək.
"Peyğəmbər"i yazan şair diriləcək.
Qardaşım, yalan deyirlər!
Kim sevər axı tənqidi, hə bir də təhqiri!
Gərək gözlərinə girmək üçün "mədhiyyə"lər yazasan..
Bir dəfə "yağış" dedim, dolu yağdı başıma,
Bir dəfə "danış" dedim, güllə dəydi başıma.
Kirimişcə "azad" dedim, çadra gəldi başıma..
Of, qardaşım, səslər yaman susqundu,
Of, qardaşım, güllər yaman solğundu..
Bir iki saat sonra əcəl gəlir,
Gərək geyinəm, keçinəm, yaraşıqlı çıxım qarşısına.
Tanrı sevmir şairləri..
Gərək əclaf gedim hüzuruna..
Bəlkə rəhmi gəldi "iblisin", buraxdı cənnətinə..
Sən də sağol, candaşım, yaxşı bax özünə..
Bəlkə ədalətdən elçi gələr, gətir onu qəbrimə.


... dəfə oxunub
Qiymət: 9/10(4 səs)
[qiymət ver ]
Şərh yaz
10+18=
Hesaba giriş
Müəllif

Xuraman
Haqqında
Çox da bi şey deyil
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0265 saniye