A telli sazım
Ruslan Ələkbərli tərəfindən "Şeir" bolməsinə 00:10 17 noyabr 2014 tarixində əlavə olunmuşdur

Başımın üstündə şimşəktək çaxıb, 
Bir çoşqun çay olub, sinəmdən axıb, 
Sevdiyim o qız tək biganə baxıb,
Yandırma qəlbimi a telli sazım.

Qəsdinmi var, mən yazığın canına, 
Qılınc olub susamısan qanına.
Nişan alıb sinəmin sol yanına,
Yandırma qəlbimi a telli sazım.

Qəlb evi tarimar olub Ruslanın, 
Eşq çiçəyi vaxtsız solub Ruslanın,
Onsuz da gözləri dolub Ruslanın, 
Yandırma qəlbimi a telli sazım.


... dəfə oxunub
Qiymət: 9/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
8+26=
Hesaba giriş
Müəllif

Ruslan Ələkbərli
Haqqında
http://edebiyyatisigi.com da redaktor.ADAU-nun 4-cü kurs tələbəsi. Həvəskar şair. "Mingəçevir leysanı" jurnalının bölgə muxbiri və sədir müavini.
Əlaqə
Tel.:
0558425352
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0236 saniye