adsız sətirlər 6
Sən An tərəfindən "Şeir" bolməsinə 16:11 30 may 2016 tarixində əlavə olunmuşdur

      ***

srağagün vaxt öldürdüm,
dünən istintaq,
bu gün məhkəmə.
saat qandallandı qollarıma,
nəhayət,
verildi hökm
ömürlük yaşamağa məhkum.
allah da şahid idi.

  ***

sənin bədənində 
öpüşlərlə şeir yazacam
hər toxunuşda hecalaşacaqsan
körpücük sümüyündən 
şah damarına keçən yolda
tənhalaşacaqsan.

 ***

sonsuza qədər vecsizləşmək
təkliyin heçkimsizliyi
bu fikir cümlə kimi
bitmiş bir şeir kimsəsizliyi

***

dəniz gözündəki balıqlar
gülsün.
ilişməsin keçməsin tora.
hiylə səndən uzaq dursun,
su qadın.

 ***

buludlar özünü atmış aşağı
torpaq yağış içib sərxoş olmuşdu.
aprel havasında əsən küləklər,
saçlarına dolaşıb çaş-baş qalmışdı.


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
7+21=
Hesaba giriş
Müəllif

Sən An
Haqqında
küçədə oynayan uşaqların sevinci mənim kədərimə mane olur.
Əlaqə
Tel.:
055 626 01 77
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0264 saniye