Ağ duman
Çinarə Əlişli tərəfindən "Hekayə" bolməsinə 21:23 30 may 2018 tarixində əlavə olunmuşdur

                                                                  Ağ duman

                Kimsə çığırdı. Hər tərəfi bu qışqırıq səsi almışdı. Səhər tezdən buludlar günəşi örtüyü kimi mən də qulaqlarımı örtmüşdüm. Sonra anladım ki, kiminsə mənim yardımıma ehtiyacı var. Bəs nədən bura da namərd kimi sıxılıram. Ayağa qalxıb, pərdə ilə bağlanmış pəncərənin yanına yaxınlaşdım.  Dartıb açdım və şüşəni dumanlı gördüm. Sanki ağ buludlar göydən enib bura gəlmişdi. Pəncərənin qulpundan tutub açdım. Qışqırıb sual vermək istəyirdim. Amma necə oldusa oksigen burun nahiyəmə gələn kimi elə bil beynimi iri, kobud əllər sıxdı. Qəribə havadan heç nə deyə bilmədim. Pəncərəni bağlayıb, həyətə çıxmaq fikrinə gəldim. Yenə bağırtı səsi hər yeri bürüdü. İndi-indi anlayıram ki, bu bir deyil bir neçə adamın səsidir. Qapını açan kimi dərindən nəfəsimi alıram. Bu hava qəribə dada malikdir.  Ətraf ağ dumanla əhatələnmişdir. Buna baxmayaraq ağ rəngə boyanmış səddi pozub, oraya daxil oluram. Bu bəyaz hava ağciyərlərimdə dövrə vururdu.  Hiss etdim ki, bəbəklərim yetərincə iri olub və bulanıq görməyə başlayıram. Dayanıb gözlərimi ovuşdurdum. Yenidən irəlidə ki, mənzərəyə baxan kimi  daha da betər gündə görməyə başladım. İndi təkcə bulanıq rənglər gözümə dəyirdi. Mən qorxuya düşdüm. Çünki hadisənin nə yerdə olduğunu anlamırdım. Qulağıma elə bil kimsə qışqırdı. Diksindim, amma yanımda heç kəs yox idi. Sanki kiminsə diri-diri dərisini soyurdular. Bu an mənim yanımdan cəld uzaqlaşan rəngi gördüm. Yenə iki, üçü cəld qaçdı. Yer bir anlıq silkələndi. 
-Xahiş edirəm. Kimsə, nə baş verdiyini deyə bilər? Yalvarıram. 
Başımı dəhşət dərəcədə ağrı tutdu. Tez gicgahımıovuşdurdum. Birdən kimsə çiynimə dəyib qaçdı. 
-Gözlə. Nə baş verir? Kömək edim? 
Yenidən qabağı gedirəm. Sonra nədənsə qara rəng gözümə girdi və getdikcə yaxınlaşırdı. Bunun nə olduğundan qorxdum. Axır ki bu qara rəng möhtəşəm şəkildə mənim gözümün dərinliyinə daxil oldu və mən əbədi olaraq bunu unutmayacam. Bu insanın qızamış,  toxunan kimi elə yerində yumuşaq tərzdə qırılıb gedən dərisi və jeleyə bənzər gözləri irəli çıxırdı. Mən var gücümlə bağırdım. O, isti əlləri ilə mənim qollarımı sıxdı. Elə özüdə bu əzabdan qışqırırdı:
-Xahiş edirəm öldür məni...Dözə bilmirəm. Vur məni vur... 
Qəflətən məni bir qırağı atıb, qışqıra-qışqıra irəliyə qaçdı. Mən yerdə tərpənməz şəkil uzandım. Bu acı hava isə mənim dilimi sanki parça-parça  etməyə çalışırdı. Bu gördüyüm dəhşətdən sonra ürəyim dəlicəsinə çırpınırdı. Onu diri-diri yandırmışdılar. Kişinin yazıq və demək olar ki, heç nə ifadə etməyə bacarmayan gözləri ağlamaq istəyirdi. Amma bu alov onun daxilində ki suyu sanki səhrada ki quru məkana çevirmişdi. Əgər onun kimi bir parça külə dönmüş insanlar varsa, onlara heç nə ilə yardım göstərə bilməzdim. Düzdü onların istədiyi tək bir arzu, ölmək idi.

O, öz isti əlləri ilə mənim qolumu yandırmışdı. Lakin ilk dəfə ağrını hiss edə bilmirəm. Duyduğum tək bir şey ayaqlarımın tir-tir əsdiyi idi, ancaq gördüyüm mənzərədən deyildi. Hətta deyəsən şokdan kar olmuşam. Yerin silkələndiyi bəlli olur. Partlayış, camaatın dəli kimi bağırtısı, körpələrin ağlaması, daxilimdə ki orqanlarımın və sonda ürək döyüntümün qəribə səsi bir-birinə qarışmışdı. Kimsə üstümdən keçib məni əzir, kimsə ilişib yıxılır. Lakin elə yıxılanın da üstündən keçib gedirlər. Bir-birinə kömək və ya yardım əli uzadan yox idi. Hamı vəhşi kimi öz canını fikirləşirdi. Əllərimlə başımı örtürəm, çünki artıq bəziləri kirli ayaqqabları ilə mənə təpik vurub qaçırlar. Yerlə sürünərək axır ki cəld ayağa qalxıram.  Ayağında ki, vəziyyətin pis olduğunu anlamağ olur. Sanki bildiyimiz bu bərk, daş kimi olan sümüklərim indi yumuşaq və əldən düşmüş olublar. Birdən necə oldusa bu vəhşi kimi qaçan kişi cavan gənci itələdi. İndi hər kəs məni vurduğu kimi onunda üstündən keçirdi. Cəld qaçıb onu ayağa qaldırdım. 
-Hər şey yaxşı... 
-Qaç, qaç. - Deyə bağırdı və tez qaçıb gözdən itdi. Onun gözündə əks edilmiş bu qorxu hər kəsin məhv olduğuna göstərən ip ucu idi. Bu sözlər beynimin divarlarına aramsız şəkildə dəyib əks-səda verirdi. Mən isə ortalıqda ora bura axmaq, sərxoş kimi vurnuxurdu. Nə baş verir?  Niyə bu yaşıllığın üzərində, camaat təlaşla, fasiləsiz qaçır? Yenidən bir kişi yerə cansız şəkil yıxıldı. Çətin də olsa ayağımı sürüyərək ona tərəf getdim. Kişi isə gözlərini buluda dikmişdi. 
-Ayağa qalxın! Hər şey yaxşıdı?... - Deyə onu silkələdim.-Tez olun sizə kömək edəcəm. 
Kobud və boğazıma əcaib ağrı verən öskürək başladı. Bunun səbəbində sifətim qızardı. Dərindən nəfəsimi çəkə bilmirdim. Xırıltılı səs mənim qulağıma çatan kimi qorxu bütünlüklə məni öz əlləri altında aciz etdi. Axır ki kişinin cansız şəkildə yerə sərilən əlləri və gözlərində ölüyə xas bir ifadədən anladım ki, mən özümə gəlməliyəm. Amma nə edib? Bu camaat kimi irəliyə qaçım? Bəlkə onlarda özlərindən xəbərsiz təhlükəyə və ya ölümə doğru qaçırlar? Hələ də ayaq üstə durub insanların təşvişdən qaçışını seyr edirdim. Bəzisi bu kişi kimi yerindəcə yıxılıb, ölürdülər. Bəzisi ağlayaraq, qışqırırdılar. Bəzisi cəld qaçmaq üçün irəlidə olanı itələyirdilər. Bəs insanların qəlbində ki, kömək arzusu və ya vicdan deyilər hisslər. Yəni bu qorxu daxilən hər şeyi məhv edir. Ucadan öskürürəm. Bu ağrı mənə əzab verib bitmirdi. Axır ki, dayanıb çalışdığım qədər nəfəsimi dərdim. Qulağıma qəlbimi parça-parça edən səs dəydi. Bu uşağın səsi idi. Mən camaatın əks istiqamətində irələdim. Onlara dəyib, yıxılsam da bu qəzəb və nifrətlə yenidən ayağa qalxırdım. Sanki bu nifrət hiss mənə təki güc bağışlayırdı. Axı necə uşağı atıb qaçmaq olar? Çəhrayı paltarlı balaca qız var gücü ilə qışqırıb, ağlayırdı. O, yaşıl otların üstündə oturub, onları yaş əlləri ilə sıxırdı. Sanki o da iztirabı bədəni ilə çəkirdi. Necə oldusa gözlərini bərəldib sürətlə qaçan kişi önündə ki, bu balaca qızı görmürdü. Mən cəld qaçıb qızı qucağıma alıb, kürəyimlə ona tərəf döndüm. Axır-əvvəl kürəyimə ağır zərbə endirildi. Mən qızı bərk-bərk qucaqlayıb, daş kimi durmuşdum. Sonra arxaya dönüb, kişinin cansız şəkildə yerdə sərindiyini gördüm. Əlimi uzadıb onun ağzından tutdum və oradan hava çıxmırdı. Həqiqətəndə bu zərbədən öldümü? Xeyr burda nəməlum bir sirr var. Axır ki, qulağımın altında səssizcə ağlayan qıza baxdım.

-Əzizim niyə ağlayırsan?

O, başını qaldırıb, yaş və parlaq gözləri ilə mənə baxdı. Mən yenidən onu bağrıma basdım və dedim:

-Sakitləş, hər şey yaxşı olacaq. Mən səni xilas edərəm.-Deyə ayağa qalxdım və artıq sakitliyin hökm sürdüyünü gördüm. Ətrafımız yalnız ağ, əcaib duman idi. Sanki bu duman getdikcə yaxınlaşıb, bizi özünə tərəf sovurub, ölü və məhv olmuş məkana aparmaq diləyində idi. Bilmirdim hara qaçım. Ağ dumanın içinə girmək məcburiyyətində idim. Amma şübhələrim xeyli artırdı. Həm də bu günahsız balacanı təhlükəyə atmaq istəmirdim. O, öz topuş əlləri ilə mənim köynəyimdən tuturdu və üstümü göz yaşı ilə nəm eləmişdi.

-Sakitləş! Mənə bax!-deyə onu yerə qoydum. O, baxıb tez məni qucaqladı. Mən onun gözlərinin dərinliyində ümid işığını sezdim. Ağlamağına baxmayaraq özünü mənim qollarımın əhatəsində təhlükəsiz hiss edirdi. Amma necə oldusa gözlərim bütün rəngləri bir-birinə qarışdırdı, əllərim boşaldı, sümüklərim tamamilə yoxa çıxmış kimi idi. Yerə zərbə ilə yıxıldım. Başımı sərt bir ağrı tutdu. Sanki əlimin altında olan hər şeyi itirirdim. Zülmət məni tutub öz yollu ilə aparırdı. Mən də heç cür ona bir təpik ilişdirib, qaça bilmirdim. Bu qaranlıqda mənim üçün daha dəyərli olan qızı axtarırdım. Onun səsini eşidirdim, amma görmürdüm.

-Du, du...

Gözlərimi açan kimi anladım ki, ağ rəngə nifrət edirəm. Bu rəng daimi mənim xatirələrimə bəd anı yada salacaq. Bu qızın süd dişləri hələ sona kimi çıxmamışdı. Buna görə bəzi hərifləri deyə bilmirdi. Elə “dur” sözünü güclə qızara-qızara, ağlayaraq söyləyirdi. Mən ayağa qalxıb, oturdum. Onun çiynindən tutdum.

-Əzizim, qorxma mən səni heç vaxt tərk etmərəm. Bağışla məni.-Deyə onu qucaqladım. Birdən daxilən qəribə duyğu məni basdı. Sanki içimdən nə isə çıxmaq istəyir. O, an hər şeyi anlayıb, qızı özümdən ayırdım. Bir kənara çəkildim və diz üstə durub, əyildim. Keçən gecə ağzıma aldığım hər şeyi qaytardım. Bu ağlasığılmaz hərəkət və pis qoxu məni daha da həyəcanlandırdı. Hiss etdim ki, kim isə kürəyimi sığalayır. Bu şirin qız öz qayğısını və hər şeyin yaxşı olduğunu mənə göstərmək istəyirdi. Mən sakitləşmək əleyhinə dərindən nəfəsimi aldım və cibimdən dəsmal çıxarıb ağzımı sildim. Sonra qıza tərəf döndüm. O, qızarmış yanaqları və parlaq gözləri ilə sakit durub mənə baxırdı. Mən isə bacardıqca gözlərimi açıq saxlayırdım. Bəlkə də mənim ölü baxışlarım onu qorxuda bilər. İndi isə bədəni külə dönmüş bu insanı çox gözəl anlayıram. Onun yanlız bir arzusu, əcabdan qurtulmaq idi. Uşağı bərk qucaqlayıram. Bu iztirabı gözməsinə imkan vermərəm.

-Biz indi burdan çıxacağıq...Çıxacağıq...-Deyə diz üstə oturub bizi dövrəyə alan dumanı seyr etdim. Qız isə mənə diqqətlə baxırdı.-Sən nəfəsini tuta bilərsən.

Ondan heç bir cavab gəlmədi. Gözəl bir heykələ bənzəyirdi.

-Axı sənin 5 yaşın var. Nəfəsini tutamağı hardan bilə bilərsən? İndi başqa bir şey fikirləşəcəm.

Birdən qız kiçik dodağını bir-birinə sıxdı və topuş yanaqları üzə çıxdı. Sonra isə yumuşaq əlləri ilə burnunu tutdu. Mən heyrətlə ona baxmağ da davam edirdim. Heç fikirləşməzdim ki, bu qız belə dərakəli olsun.

-Düzdü düzdü əzizim!-Sevincimdən onun yanağını öpdüm. Onda heyran edici gülüşünü mənə görsətdi. Axır ki, indi baş verən hadisələr, yenidən əzablar içində kədərlənməyimə səbəb oldu. Evə kimi yol uzun deyil inanıram ki, o, nəfəsini buraxmaz. Amma mən bunu əziyyətlədə olsa və hal-hazırda ölməyi üstün tutsamda bu gözəl qızı burda atan deyiləm.

-Deməli...Mən üç deyən kimi...gedirik.

Bu balacaya xeyli söz deyib başa salardım. Amma dilimdən bütün sözləri güclə çıxartmağımın sayəsində hər şey söyləmək iqtidarında deyildim.

-Bir...İki...

Nəfəsimi dərindən dərmək istəyəndə öskürək tutdu. Buna görə daha əldən düşmüş və ölü toyuğa bənzəyirdim. Bu qonur rəngli və səbirsizliyi sezilən gözlü qız, mənim saçımı sığaladı. O, az yaşlı olmağına baxmayaraq, düşüncəsində mənim nə qədər əzab çəkdiyimi anlayırdı. Bacardığı qədər də mənə güc vermək istəyirdi. Bu isə onda çox gözəl alınırdı. Ona baxdım və dedim:

-Üç...

Hər ikimiz havanı ağ ciyərlərimizə yığıdıq və buraxmadıq. Burnumuzu tutub ağ buxarın içinə girdik. Gec-tez mən anlayıram ki, bu təbiətin yaratdığı gözəllik deyil, insanların təsis etdiyi zəhərdir. Mən onu qucaqlayıb, dizlərimi torpağa sürtərək irələyirdim. Bacardığım qədər cəld hərəkət edirdim ki, evin içinə tez girək və uşaq boğulmasın. Hərçənd çox ləng sürünürəm. Əminəm ki, evimdə hər tərəf bağlı idi və xilas olunmağ üçün yalnız ora daxil olmalıyıq. Ürəyimin sürəti getdikcə azalırdı. Hiss etdim ki, yenə də boğazımdan nə isə keçmək istəyir. Ayağlarım pambıq kimi yumuşaq idi. Elə barmaqlarımda yavaş-yavaş boşalır və burnumdan sürüşürdü. Getdikcə orqanlarımda zifləyir. Sanki daxildə ki, içalatımı xaricə çıxarıblar. Birdən həqiqətən dayandım. Başımı çevirib qıza baxdım. O, hələ də burnunu tutmuşdu. Yanaqları qızarmışdı və gözləri yaşla dolurdu. Yox! Evə girəcəm. Ölsəmdə ora girəcəm! İzacə vermərəm ki, əclafların müharibəsi bu qızı məhv eləsin. Qabağa süründüm. Axır ki, nəyə isə dəydim. Bu evin pilləkənləri idi. Özümü ələ alıb, həyatımı bu qıza görə fəda etməyə hazır idim. Cəld ayağa qalxıb, irəli hoppandım və qapı tayba-tay açıldı. Qız əlindən döşəməyə yıxıldı. Elə özümdə yerə sərinib, ayağımla qapını çırpdım. Bizim arxamızca gələn ağ kölgəni sanki qapı ilə kəsdim. Əllərimi yana atıb tez-tez nəfəs alırdım. Ürəyim dəlicəsinə çırpınırdı. İndi təkcə onun döyüntüsünü eşidirdi. Başımı yana çevirib qıza baxmaq istəyərdim, amma bacarmırdı. Sanki bütün bədənimi mən deyil, onlar məni idarə edirdilər. Heç bir ağrı hiss etməsəmdə yalnız bəbəylərimi hərəkətə gətirə bilirdim. Hətta qızıda səsləməyə bacarmırdım. Elə bil bu duman dilimi kəsmişdi. Artıq daha çox qorxurdum. Qəribə eşidilsədə öz bədənimlə mübarizə aparmağa başladım. Başımı silkələməyə çalışıram. Ağzımla nəsə deyirəm. Amma heç dediyimi özümdə anlamıram. Birdən sinəmə çökmüş yükü hiss etdim. Sonra köynəyimi kim isə sıxdı və isti hava bədənimə toxunurdu. Artıq dözə bilmərəm. Onu qucaqlamalıyam. Yana açılmış əlimi güclə qaldırıram. Təsəvvür edin ki, iri və dəhşət dərəcədə ağır olan qayanı əlinizə qoyublar. Lakin mən axır ki, əsən əlimi on santimetr qaldırdım. Gözlərimin qabağından keçən əlim tir-tir əsirdi. Onu ehtiyatla sinəmə tərəf aşağı endirirdim. Sonra qızın qısa və ipək kimi incə saçlarını ovcumda hiss etdim. Bacardığım qədər barmağlarımla onun saçlarını sığaladım. Birdən nədənsə mənim köynəyimi sıxan bu kiçik əllər boşaldı. İsti hava artıq bədənimə dəymirdi. Mən isə son dəfə ürəyimin döyüntüsünü eşitdim.            

                                                                                             Əlişli Çinarə   


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
10+1=
Hesaba giriş
Müəllif

Çinarə Əlişli
Haqqında
Hal-hazırda mənim 16 yaşım var. Uşaqlıqdan kitablara marağım olub və onları sevə-sevə oxumuşam. Onlara qarşı olan sevgini heç vaxt, heç kim dəyişdirə bilməz. 11 yaşım olanda isə ilk əsərimi yazıb-yaratmışdım. Bu əsərin nəticələri uğurlu olduğundan həm ideyalar, həm də həvəs məni yeni əsər yazmağa vadan etdirdi. Hobbim çoxlu kitab oxuyub, onu dərindən anlayıb, bacardığım qədər gözəl əsər yazmağdır. İndi isə əsərlərimin digər dillərə tərcümə edilməsi, dünyada şöhrət qazanmaq və hərkəsin yaddaşında silinməz iz qoymaq mənim ən vacib və böyük məqsədimdir. “Sən kim olursansa ol, nə istəyirsənsə istə, əgər nəyisə bərk istəyirsənsə, mütləq əldə edəcəksən, çünki bu arzu Kainatın Ruhunda doğulmuşdur. Bu, sənin Yer üzündəki vəzifəndir.” Paulo Koelho.
Əlaqə
Tel.:
0707521730
E-mail:
[email protected]
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0258 saniye