Ağ göyərçin və üç erməni
Inqilabda Ro tərəfindən "Hekayə" bolməsinə 11:22 16 may 2025 tarixində əlavə olunmuşdur
Ağ göyərçin və üç erməni
 
 
A zalının qarşısından sağa, içəri keçəndə ağlından keçdi ki, partlayış olacaq. Bir ay sonraya təyyarə biletim vardı. Zala keçib, ön sırada tələbələrlə divar tərəfdə əyləşdim. Mən ucaboylu, xoşagələn görünümlü, Baratın üçüncü sıradan daima izlədiyi idim. Birinci semestr üç həftədir ki, başlamışdı. Bizim qrupdan Aydan ortada əyləşmişdi. Müəllim ilk bir neçə dəqiqəni fakültə üçün ən ümumi məlumatları məruzə elədi. Dərs xeyli uzun davam elədi. Barat hərdən gözucu mənə baxırdı. " Axı bəxtimi bağlaya bilərdi - deyərdi anam.". Axı bir az o mənim xoşuma gəlirdi eləbil. Atamın çoxlu tanışları vardı. Hansınınsa qızı ola bilərdi ? ... Onun gur, qara saçları, iri qara gözləri, tarım nifertitisayağı yanaqları, iti cizgiləri vardı. Zərif əllərini daima havada daraqlardı. Ağ bluz geyinməyi sevərdi. Onu görəndən bəri bluzu dəyişməmişdi. Deyəsən, bir dəfə bənövşəyi çiçəkli, krem atlas köynək geymişdi. Zala daxil olanda istər-istəməz diqqət çəkirdi. Prezident təqaüdlü tələbələrdən idi. Nədənsə bu mənə onu görən kimi agah olmuşdu. Qrupumuza qəşəng qız çoxdu. Mən sevgi nədir bilmirdim. Gündə birinə meylim olardı. Dərs sonlananda, evə doğru addımlayanda qrupdan Aydan arxadan məni səslədi, mən çevrildim, biz üz-üzə dayandıq. O məndən xoşo gəldiyini bildirdi. Uzun, baxımlı kirpikləri, iri mavi gözləri vardı. Mən nə deyəcəyimi bilmədim, tələsirdim. Səmada təyyarə başımızın üstündən uzaqlaşdı. O, əli ilə çiynimə toxundu. Uzaqlaşaraq evə yollandım. Mən adlı-sanlı, imkanlı ailədəndim, qorumam vardı. Hansı cəsarətlə mənə yaxınlaşırdı.
15/04/2025-də Azalda təyyarə partladı. Ön partada oturan, həmişə gözlərim sataşan Murad yox idi. Barat içəri kövrələrək keçdi. Yusif,
- Murad, ölüb. - dedi. Deyəsən, indi xəbərdar olmuşdu. Gecikmişdi, ikinci dərsə indi gəlirdi. Qrup uşaqları kədərli idi.
Barat neçə ay dərsə davamiyyətində geri idi. Bəzi günlər narahat olar, gözləri qızarardı.
Qəzlardan Səmayə düşünərdi ki, hansı zəmanədir. Kimdənsə xoşu gələn varmı, hər şey pula bağlıdır. Hamı uyğun variantla tanış edilir, alınırdı. Ailəvi keçmiş narahat eləmirdi heç kimi. Əsas ata, anaydı.
***
Hərdən kimisə təkrar-təkrar görmək istəyirsən. Muradın ölümündən üç il keçirdi. Biz üçüncü kursdaydıq. Yay müddətində tibbi təcrübəmiz olacaqdı. Mən təcrübəmi Ankarada keçəcəkdim. Barat evə çatanda saat üç idi. Evdə heç kim yoxdu. İçimə xof gəldi, bu günki dərsdə ürpənmişdim deyə. Məhkəmə ekspertizasında ağır cinayətlər üzrə meyit təşrihində idik. Gənc dəri parpar yanırdı, meyit ləkələri yeni əmələ gəlirdi. Açar üç dəfə kiliddə fırlandı, içəri keçdim. Arxada heç kim yox idi. Camadanı otağın ortasında ağzı açıq qoydum, əşyalarımı, geyimlərimi çamadana səliqə ilə yığdım. Atam o biri otaqda nahara başlamışdı. Təyyarəyə minməyə qorxurdum, amma alındı, biz çatdıq.
Fakültədən beş nəfər idik. Dördü digər şöbədəydi, mən tək təcili yardımdaydım.
- Batikomu uzatsana, - dedi hoca. Tibb bacısı əməl etdi.
Bura tünlük, adamla dolu idik. Günorta yemək masasında mən tanımadığım şorba yedim. Şirə xoşuma gəldi.
Axşam biz fakültə tələbələri ilə gəzintiyə çıxdıq. Qaranlıqda küçə ilə bərabət gedirdik. Həftəsonu üçün Bonna keçmişdik. Çay sahilində qıfıllı körpü bütün sevgi nifaqlarının açarlanmış tərziydi. Səfərimiz qısa çəkdi, qalacaq yerə tez çatdıq.
Biz tez-tez göz-gözə gəlirdik. Gülüşünü sevirdim, istəmirdim başqa birinə gülsün. Elə bilirdim, aramızda nəsə var. Ya da mənə elə görünürdü. Bilmirdim, sevgilisi vardımı? Həmişə telepat olmaq. düşüncələri oxumaq istərdim. Görərdim ki, mən haqqında nə fikirləşir, xəyalında mən, yoxsa başqası olur.
Səhər yeməyində bir türk səhər yeməyinə qonaq edildik. O məndən aralı hərləndi. Gülümsəyərək bir-iki kəlmə zarafatcıl nəsə dedi. Qızlardan biri söhbətə müdaxilə etdi. Masadakı müəllimə eyham edirmişcəsinə uzaqlaşdı. Eləbil "İkinizi müəllimlə tək buraxıram" - dedi. Səhərisi gün mən şöbəni dəyişdim. Daxili xəstəliklər daha cansıxıcı göründü mənə. Dördüncü kursda imtina etmək istəyirdim, dərslər hədsiz maraqsız idi, vaxt, günlər keçmirdi. Mən ümumilikdə fikrimi bildirmirdim. Bir müddət sonra nədənsə fikrimi dəyişdim,daha doğrusu, dərslər bir az daha praktik təcrübi əsaslıya keçdi, yaxud xəstəxana abu-havaları daha dözülən idi.
Oğlan ağbəniz, hündürboylu idi.
Nə köynəyində bir qırışı vardı, nə də üzündə. Həmin gün o bütün günü ağlımda idi, hərdən isə həmişə. Hərdən günlər keçdikcə görüşürdük, mən ona baxırdım, o da mənə. Buna görüş demək olarsa. Sonra günlərin birində o bizə sevgilisini təqdim etdi.
Bir neçə vaxt idi ki, Ankaradan qayıtmışdıq.
Biz bir qərəl olaraq dərslərə gedib-gəlirdik. Munis nişanlandı, mən qaldım. Atama pul ödədilər, dedilər arxadan. Arxamca deyilməyən söz qalmadı, mənsə xəbərsizdim. Mən hamıya xoş görünürdümmü ? Mənlə heç kim dostluq etmirdi.
Dərsləri ongünlüklərə böldülər.
" Heç nə ümmadan fayda vermək sənətinə düşmənçilik deyilir." - deyərdi müəllim. Niyə görən ?
Nişanlısının üzüyü gözəl ili, mənim arzuladığımdan. Vaxt ötürdü, mənsə "Tayım bərabərim yoxdu, təsəlli ilə tək idim."
Semestr semestrə qarışdı. Dioru Givenchy əvəzləyirdi qızlarda, geyimi geyim.
Bununla üç oğlanım olub adıynan hallanıram özlüyümdə. İlk baxışdan tutmuş ... kimi ? Kaş telepat olaydım. On ilə tək bir ad kifayət idi. Təhsilim yarım qalardı onda da . Ağ göyərçin mənəmmi, qohum oğlanları adıynan hərlənən üç erməni oğlu ? Yerazmı deyim erməni deyim ?
SON.
(c). Nərminə Hacıyeva

... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
8+25=
Hesaba giriş
Müəllif

Inqilabda Ro
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.029 saniye