“Ağ-qara şəkillərdə dərinlik, incə bir ruh, melanxoliya var” – Sənan Səfərov “5 Sual, 5 Cavab”da
Yazar.in tərəfindən "Müsahibə" bolməsinə 15:05 03 dekabr 2014 tarixində əlavə olunmuşdur

Yazar.in saytının “5 Sual, 5 Cavab” layihəsinin növbəti qonağı Sənan Səfərovdur.

SUAL 1: Özünə məxsus üslubunuz var. Belə bir üslubda yazmağa necə başladınız?

CAVAB 1: Bu daha çox təklikdən gələn bir şeydir. Nə qədər tək oluramsa, bir o qədər də öz iç dünyama baş vururam və ikincı bir “mən” özümə məxsusluğu belə deyim  ki, mənə hədiyyə edir və şeirlər yaranır.

SUAL 2: Yazılarınızı həsr etdiyiniz biri varmı?

CAVAB 2: Təbii ki, yazılar kimlərəsə  ünvanlanır. Məncə, qadınlar olmasaydı, kişilər şair olmazdı. Qadınların hər bir parçasında, hərəkətində şeir var. Saçlarında, gözlərində, qırışmış kədərli əllərində...

SUAL 3: Yazılarınızda ağ-qara şəkillərə üstünlük verirsiniz...

CAVAB 3: Ağ-qara şəkillərdə dərinlik, incə bir ruh, melanxoliya var. Üstünlük verməyim də bundan irəli gəlir. 

SUAL 4: Yaradıcılığınızda kimlərin təsirlərini hiss etmisiniz?

CAVAB 4: Bir kitab oxuyanda orada elə cümlələrə, fikirlərə rast gəlirəm ki, onlardan təsirlənməmək olmur. Bir də insanları  dərindən   müşahidə edəndə yazılar yaranır.

SUAL 5: Həyata baxışınızı dəyişdirən üç kitabın adını çəkə bilərsinizmi?

CAVAB 5: Kitablar çoxdur. Onlardan hansınısa seçmək  mənə bir az çətin gəlir. Amma daha çox mənə fərqli gələn, təsirləndiyim Alber Kamyunun “Yad”, Martin Pajın “Mən necə idiot oldum”  Lev Tolstoy “Etiraf” əsərləridir.


... dəfə oxunub
Qiymət: 10/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
5+17=
Hesaba giriş
Müəllif

Yazar.in
Haqqında
Yazar.in | online yazıçılar klubu
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0282 saniye