Ailə yükü 1-ci hissə (yaşadıqlarım)
ceyhun fikrət tərəfindən "Digər yazılar" bolməsinə 00:50 06 dekabr 2023 tarixində əlavə olunmuşdur

Bəzən həyatda etdiyin səhvlər səni həmişə izləyir. Sən bu səhvləri düşündükcə həyatın səni keçmişə sarı döndərir. Sən özün istəmədən keçmişlə müharibəyə qalxırsan. Başa düşürsən ki, nə qədər də sən keçmişi unutsanda keçmiş keçmiş olaraq qalır. Çünki keçmiş sənin bir hissəndir. Sənin canından gedən illərindir. Ən əsası keçmiş sən özünsən. Keçmişi dəyişmək olmasada, keçmişdən nəticələr çıxardıb gələcəyə ümüdlə yanaşmaq lazımdır. Mənim uşaqlığımömrümdən keçib gedən səhifələrimdir.  Artıq yetkin yaşındayam.  Diqqətlə köhnə eyvanımıza baxıram. Həyat bəlkə də düşüncələrim məni bu binanın qarşısına gətirib. Cibimdəki açara baxaraq pillələri qalxıb köhnə qapımızın qarşısında dayandım.  Bir anlıq tərəddüd edərək solğun qapının qarşısında öz uşaqlığımı səsləyirəm. Hər şey geridə qalsa da uşaqlığım sanki quyunun dərinliylərindən mənə cavab verir. Qapını açıb bir anlıq keçmişə dönürəm. Tozlu dəhlizlə bərabər hər şey gözümdə canlanır. Sanki hər şey dünən olub kimi fikirləşirəm. Yaxşı yadımdadır o gün hava çox sərin idi. Amma havanın sərin olmasına baxmayaraq, küçələrdə adamlar gözə dəymirdi. Adətən beləgünlərdə məhəllədə yaşayan uşaqların səsindən evdə oturmaq olmurdu. Amma indi nədənsə səs-küydə yox idi. Mən isə eyvandan boylanaraq ətrafa diqqətlə baxırdım. Yaman darıxırdım. O qədər eyvandan boylandım ki, artıq yorulub evə keçdim.Divanda oturmuşdum ki, qəfildən gözümü yuxu tutdu. Bir az yatmışdım ki, qonşu uşaqlardan biri səni çağırır deyib anam məni yuxudan oyatdı. Qapını açdım. Qonşunun oğlu məni görüb, gəl gedək onlar bizi daşa basır deyərək, küçəyə qaçdı. Məndə onun arxasınca qaçdım. Doğurdan da o biri küçənin uşaqları, bizim küçəni daş atəşinə tutmuşdular. Mən fikirləşmədən yerdən götürdüyüm daşlardan onlara atmağa başladım. Amma nə üçün bu işi etdiyimi fikirləşmədim. Çünki bəzən etdiyim işlərin nəticəsini fikirləşirdim. Bəzən etdiyim səhvlər məni anamın gözündə xəcalətli edirdi.  Amma indi anamı fikirləşə bilməzdim. Çünki qarşı tərəfdəki küçə bizim məhəlləyə hücum eləmişdi. Bizim sayımızın az olmasına baxmayaraq biz yaxşı daş atırdıq. Amma təəsüf ki, mən evdən sapandımı götürməmişdim. Çünki otağa daxil olub sapandımı götürsəydim, anam məndən şübhələnəcək və yəqin ki, məni həyətə düşməyə icazə verməzdi. Artıq nə edəcəyimi bilmirdim, daşlar yanımdan sürətlə keçirdi. Sankı müharibə idi. Təxminən on-on beş dəqiqədən sonra biz onları öz küçələrinə sıxışdıra bildik, amma onların məhəlləsi hündürdə olduğu üçün biz onları binalarına qədər qova bilmirdik. Bizim işimiz yaman çətinə düşmüşdü. Elə bu an daşlardan biri mənim gözümə dəydi. Bir anlıq gözümdə qırmızı rəng əmələ gəldi. Həyəcanla qışqırdım. Qışqırmağımla hər kəs daşı yerə atdı, hətta qonşu məhəllə uşaqları da evlərinə qaçmağa başladı. Gözümün ağrısından binamıza tərəf qaçdım. Bir dəstə uşaqda arxamca gəlirdi, sankı biz məğlub olmuş ordu kimi geri çəkilirdik. Belə halda evə getmək olmazdı. Nə edəcəyimi bilmirdim. Küçəmizdə atamla qarşılaşdım, onu görən kimi gözümün ağrısı yaddan çıxdı. Özümü itirdim. Atam isə mehribanlıqla, nə olub, yenə nə etmisən? deyib mənə baxdı. Əslində nə deyəcəyimi bilmirdim. Gözümün ağrısı bütün fikirlərimi qarışdırdı. Yenə nə deyəcəyimi bilmədim. Həm də bəzən düşünürdüm ki, belə yerlərdə yalan danışa bilərəm ona görə də susmaq qərarına gəldim. Elə bu zaman qonşunun oğlu məni bütün fikirlərdən xilas etdi. Əmi onlar bizi daşa basırlar dedi və hadisədən atamı agah etdi. Mən ona bir anlıq baxdım, amma bir söz deyə bilmədim. Çünki atam tez məni qucağına götürüb poliklinikaya tərəf qaçdı. Bir neçə saat sonra mənim gözümdə ağrı qalmamışdı. Sən demə daş gözümün altına dəydiyinə görə az miqdarda qan gəlmişdi. Bəlkə də, atamı həyəcana gətirən o qan idi. Gözümə ilk tibbi yardım olandan sonra küçəmizə qayıtdım. Məhəlləmizə daxil olan zaman özümü qəhrəman kimi hiss edirdim, sanki yarasını müalicə edib döyüşə qayıdan əsgər idim. Amma atamın yanında tutduğum işdən də, peşmanlıq çəkirdim. Bir tərəfdən də peşmanlıq çəkməyimə səbəb, o biri məhəllənin uşaqlarına bu daş döyüşündə uduzmağımız idi. Əgər mənim gözümə daş dəyməsəydi bəlkə də, biz o məhəllənin uşaqlarını öz evlərinə qədər qova bilərdik. O gün mən anamın gözünə görsənmədim. Çünki anam mənə nə üçün qonşu məhəllə uşaqlarına daş atırdız deyə bilərdi. Mən isə doğurdan da bu daş döyüşündə kimin günahkar olduğunu bilmirdim.

 

ardı var......


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
7+3=
Hesaba giriş
Müəllif

ceyhun fikrət
Haqqında
ceyhun fikrət 1984 ci ildə Bakı şəhərində anadan olub. Əsli Şamaxı şəhərindəndir. 2005-ci ildən dövrü-mətbuatda yazıçı və jurnalist fəaliyyətini davam etdirir. 2015 ci ildə İranın Təbriz şəhərində yerləşən Əl-Mustafa Beynəlxalq Universitetinə daxil olub. Hal-hazırda bu universitetdə təhsil alır və Təbriz şəhərində yaşayır
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Twitter
YouTube-da izlə
Facebook
0.0291 saniye