Alan Rikman dünyasını dəyişib
Nigar Şahsuvarova tərəfindən "Digər yazılar" bolməsinə 19:30 14 yanvar 2016 tarixində əlavə olunmuşdur

“The Guardian” məlumat verir ki, britaniyalı aktyor Alan Rikman dünyasını dəyişib.

Rikman 69 yaşında xərçəngdən Londonda dünyasını dəyişib. Aktyorun ölümü haqqında informasiyanı ailəsi təsdiq edib.

Rikman “Möhkəm qoz”, “Əsl sevgi”, “Doqma”, “Robun Qud: Oğrular şahzadəsi”, “Eşq və yaşam” filmlərdəki rolları ilə məşhurdur. "Harri Potter" saqasında ən parlaq personajlardan birini Severus Sneyp'i oynamışdı. Aktyorun son işləri “Səmanın gözü” filmindəki rolu və “Alisa möcüzələr ölkəsində: Güzgü arxasında” lent səsləndirilməsi idi.

Birləşmiş Krallıqda Rikman teatr aktyoru kimi şöhrət qazanmış, Krallığın Şekspir cəmiyyətinin üzvü olmuşdu. “The Guardian” aktyoru “Britaniya teatr və kinosunun qigantı” adlandırıb. O, “Qızıl qlobus”, “Emmi”, BAFTA və digər mükafatların laureatı olsa da, “Oskar”ı qazanmayıb.

Tərcümə: Nigar Şahsuvarova


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
7+14=
Hesaba giriş
Müəllif

Nigar Şahsuvarova
Haqqında
Yazar, kitabsevər, kinoman.
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
Ordenlər
Cəlil Məmmədquluzadə Ordeni
YouTube-da izlə
Facebook
0.0874 saniye