Alçin Doqquz: “Tənqidi yazılarımın əsas mövzusu beyni zəif işləyən insanlardır”
Yazar.in tərəfindən "Müsahibə" bolməsinə 14:40 24 dekabr 2014 tarixində əlavə olunmuşdur

Yazar.in saytının “5 Sual, 5 Cavab” layihəsinin növbəti qonağı Alçin Doqquzdur.  

SUAL 1: Yazılarınızda cəmiyyətə etiraz duyulur. Buna səbəb nədir?
CAVAB 1: Düzdür, yazılarımda cəmiyyətə qarşı tənqidlər, etirazlar çox olur. Səbəb, bunları, az da olsa, düzəlməsini istəməyimdir. Yazını oxuyan beş nəfərdən dördü vecinə almaya bilər. Amma, düşünürəm, bir nəfərə təsir edəcək. Cəmiyyətimiz hər tərəfli korlanıb. İnanıram ki, 10-20 ilə düzələcək.

SUAL 2: Mövzuları necə seçirsiniz?
CAVAB 2: Nəsə görürəm, ya da nəsə baş verir və bunlardan bir şey yaradıram. Hekayələrimi bu cür işləyirəm. Tənqidi yazılarımın əsas mövzusu isə beyni zəif işləyən insanlardır.

SUAL 3: Həyata baxışınızı dəyişən bir neçə müəllifin adını çəkə bilərsiniz?
CAVAB 3: Həyata baxışımı dəyişən, sadəcə, bir müəllif var - Qaraqan.

SUAL 4: “Kezbanizm” yazınızda bəhs etdiyiniz “kezban”lardan biri sizə “yapışsa”, ondan xilas olmaq üçün hansı yollara əl atardınız?
CAVAB 4: Mənə vaxtı ilə kezbanlar yapışıb. Mark sağ olsun, "blok et" butonuna hörmətim var...

SUAL 5: Sizcə, elə bir kitab var ki, onu hər kəs oxumalıdır?
CAVAB 5: Ümumiyyətlə, hər bir kitab insana nəsə qazandıra bilər. Nəsə yeni bir şey... Xarici yazarlar bizi bilmir və bizim yaşadıqlarımızdan yaza bilməzlər. Azərbaycanlı olaraq öz üzərimizdə nəsə etmək istəyiriksə, yerli yazıçıların da əsərlərini oxumalıyıq. Mən hər kəsə oxuması üçün Qaraqanın "A" romanını məsləhət görərdim. İnsanın öz üzərində düşünməsinə kömək edir.


... dəfə oxunub
Qiymət: 9/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
10+20=
Hesaba giriş
Müəllif

Yazar.in
Haqqında
Yazar.in | online yazıçılar klubu
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0232 saniye