Allah hardadır?
Mehriban tərəfindən "Digər yazılar" bolməsinə 11:37 25 dekabr 2014 tarixində əlavə olunmuşdur

Varmı o? Varsa hardadır? Sən inanırsanmı? Mən yox.

Bunu anlamaqçün lap başa qayıdaq. Ən qədimə. 1,5 milyon il əvvələ. İlk dini inanclar necə yarandı? İnsanlar təbiətdə baş verən hadisələri yağışın yağmasını , ildırımın çaxmasını və bu ildırımdan əmələ gələn alovu müşahidə etdilər. Və qorxdular. Bunların səbəbini başa düşmürdülər və qərara gəldilərki bütün bunlar hamısı onların hərəkətləri ilə bağlıdı. Bunu hiss eliyən bəzi daha ağıllılar isə bundan istifadə elədilər. Və yarımçıq qalmış fikri tamamladılar. Tanrı. Hamısı onun əməlləridir dedilər. Bizə qarşı gəlmiyin , isyan eləmiyin yoxsa sizi cəzalandırar dedilər. Beləcə ilk dini inanclar formalaşdı. Sonrakı vaxtlar insanlar görmədikləri şeyə inanmaq istəmədilər. Bununda çarəsi tapıldı. Heyvanlara, oda, suya, torpağa, Bütlərə inam formalaşdı. İnəyə,ata, filə sitayiş olundu.
Bir müddət də keçdi. Dövlət başçıları xalq üsyan etməsin deyə dindən yapışdı. "Bu dünyada səbr eliyin o biri dünyada kef eliyəcəksiz" dedilər. İnsanlar inandı və dözdü. Qəbirlərə qab -qacaq, paltar və əşya qoyulurdu. Sözün əsl mənasında "gora apardı"lar hərşeyi.
Sonra buda bəs etmədi. Fironlar özlərini allah adlandırdılar. Və beləcə min illərlə bu belə davam elədi. İnsanları din yoluyla idarə eləməyə çalışdılar. Qorxutmaq yoluyla.
Bu tarix haqda çox danışmaq olar. İndi siz deyəcəksiz ki sadəcə dindən danışdın allahdan heçnə demədin. Çünki o real deyil. Bəli o mövcuddur. Amma şaxta baba kimi. Xəyali formada. Mif kimi.
İnsanların dinə inanca ehtiyyacı var. Çünki onlar allahın yoxluğunu dərk etsələr, yollarını azarlar. İnsanları öz vicdanlarıyla başbaşa qoysalar nələr olar özünüz anlıyın. Yaxşılıq etməyin, dürüst olmağın, təmiz olmağın onlarçün bir mənası qalmaz. Çünki bunun qarşılığında heçkim onlara "Böyük priz" verməyəcək.
İndi gələk müasir dövrün "Dindarlarına" .
Soruçsan müsəlman olmağın nə demək olduğunu, nə tələb olunduğunu bilmirlər. Amma soruçsan "əsas məsələ ürəkdə inanmaqdır" deyillər. Tənbəlliyin dərəcəsinə baxki artıq heç tələb olunan şərtlərə belə uymadan, özlərini müsəlman elan eliyib cənnət umurlar.
Elə belələrinə görə insanlar dindən soyuyurlar. Onları qınamıram.

Beləcə dərindən düşünsəz bəlkə mənim nə demək istədiyim sizə çatar.


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
8+21=
Hesaba giriş
Müəllif

Mehriban
Haqqında
Özüm özümlə danışdığım qədər başqa biriylə danışmıram. Səbəb dəlilik deyil sadəcə bilirəmki insanı en yaxşı özü dinliyə bilər ...
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0291 saniye