Allah yolunda səbirli olanların başına gəlmiş ibrətamiz hekayə
Elnure Oruclu tərəfindən "Hekayə" bolməsinə 15:09 27 aprel 2014 tarixində əlavə olunmuşdur

– İbrahim peyğəmbərin  hekayəsi;

 “Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: “İbrahim yalnız üç dəfə yalan danışmışdır. Bunlardan ikisi qüdrətli və əzəmətli Allah üçün idi. (Birinci dəfə) o demişdir: “Mən xəstəyəm!”1 (İkinci dəfə isə) demişdir: “Xeyr, bunu onların bu böyüyü etmiş olar” 2. (Üçüncü hadisə isə belə olmuşdur): “Bir gün İbrahim (zövcəsi) Sara ilə qəddar padşahlardan birinin məmləkətinə gəldikdə (padşaha) xəbər verdilər ki, şəhərə bir nəfər gəlib, yanında da çox gözəl bir qadın var”. Padşah (qadının kim olduğunu öyrənmək, ona sahib çıxmaq üçün) onun yanına adam göndərdi. Adam gəlib İbrahimdən: “Bu kimdir?”– deyə soruşdu. İbrahim: “Mənim bacımdır!”– deyə cavab verdi, sonra da Saranın yanına gəlib dedi: “Ey Sara! Yer üzündə bizim iki­mizdən başqa mömin olan bir kimsə yoxdur. Bu (padşah) məndən (sənin barəndə) soruşdu. Mən də ona xəbər verdim ki, sən mənim bacımsan. Odur ki, mənim dediyimi təkzib etmə.” Çox keçmədən padşah Saranın dalınca adam göndərdi. Sara padşahın yanına gəldikdə, o, qadına yaxınlaşıb ona toxunmaq istədi, lakin qıc olub qaldı. Onda o yalvarıb dedi: “Mənim üçün Allaha dua etsən, sənə pislik etmərəm!” Sara Allaha dua etdi və onun əlləri açıldı. Padşah ikinci dəfə ona toxunmaq istədikdə onun halı əvvəlkindən betər oldu. O yenə yalvarıb dedi: “Mənim üçün Allaha dua etsən, sənə pislik etmərəm!” Sara Allaha dua etdi və onun əlləri açıldı. Padşah gözətçilərdən bəzisini çağırıb dedi: “Siz mənim yanıma insan yox, şeytan gətirmisiniz!” Bundan sonra Padşah (Saranı buraxdı, üstəlik) ona xidmətçi Həcəri də bağışladı. Sara İbrahimin yanına gəldikdə, o, namaz qılırdı. Buna görə də əli ilə işarə etdi ki: “Nə oldu?” Sara dedi: “Allah ka­firin, yaxud günahkarın hiyləsini onun öz başında çatlatdı, mənə də xidmətçi olaraq Həcəri bəxş etdi!”


... dəfə oxunub
Qiymət: 10/10(117 səs)
[qiymət ver ]
Şərh yaz
3+11=
Hesaba giriş
Müəllif

Elnure Oruclu
Haqqında
Yazmağı çox xoşlayıram, danışmaqda çətinlik çəkirəm bəlkə ürəyimdən keçənləri deyə bilmirəm.. Ona görə yazı yazmağı çox xoşlayıram.. şeirlər, hekayələr, sevgi məqalələri və.s bunlar yaradıclıqdan irəli gəlmir, mənə görə bu qəlbimizin bizə hədiyyə etdiyi kiçicik paydır... 
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0244 saniye