Allah
Rizvan Fikrətoğlu tərəfindən "Şeir" bolməsinə 18:45 13 aprel 2015 tarixində əlavə olunmuşdur

Allahlm, tək sənsən ucadan uca
Nələr yaratmadın fani dünyada?
Aləmə nur verən ey uca Rəbbim,
Hər şeydən üstündür sənin qüdrətin.
Açırıq səhəri hökmünlə biz.
Günəş işıq saçır, səma tərtəmiz.
Gecə göy üzündə sayrışan ulduz,
Səhəri qalmayır ondan heç bir iz.
Çün qoca təbiət öz qaydasında,
Çıxmayır xəttini, azmayır əsla.
Olsaydı yer üzü daim qaranlıq,
Görməzdi kainat əsla bir işıq.
Yer üzü günəşə qərq olsa birdən,
Həzz ala bilməzdik aylı gecədən.
Gecə də gündüz də yağış yağarsa,
Həyat mümkün deyil günəşsiz əsla.
Aləmi bəzəyir qar dənələri
İnsana ruh verir səhər nəsimi.
Həyat mümkün deyil susuz səhrada.
Təbiətə can verir küləkli hava.
Sənin qüdrətinlə nərgiz, yasəmən
Boy atır bənövşə, göyərir çəmən.
Sənsən hökmü verən, sənsən padişah,
Sənin dərgahına gətiririk pənah.
Sən bu təbiətə "bir dayan!" desən,
Güllər çiçək açmaz, göyərməz çəmən.
Qaçmaq mümkün deyil hökmündən kənar
Bu hökmü pozanlar, qaçanlar da var.
O kəslər ki, sənə səcdə etməyir
Nəfsini qul edib heç incitməyir.
Haramlar yeyərək edir günahı
Bilmir halal nədir, danır Allahı.
Allah o Allahdır Yusifi belə!
Qoymadı quyuda kimsəsiz ölə.
Yaquba vurmadı oğul dağını
Yaqub tutmuş idi haqqın yolunu.
Allah o Allahdır gənc İsmayılı
Atası eyləsin haqqın qurbanı.
Saymaqla bitməyir möcüzələrin.
Ey insan! gör, düşün ən incələrin:
Adicə dağları nümunə götür.
Fikrinə göy üzün, səmanı gətir.
Dağ necə dayanıb dayaq olmadan?!
Səma da dik durub ayaq olmadan.
Hərdən yağış yağır, gah əsir külək
Hərdən tufan qopur, çaxanda şimşək.
Gecəylə gündüzün növbələşməsi
Günəşin şüası, quşların səsi.
Axı hansı məxluq edər bunları?! 
İnsanlar bu üzlə danır Allahı?.

Müəllif: RİZVAN FİKRƏTOĞLU
Bakı ( İnşaatçılar)
Noyabr 2014


... dəfə oxunub
Qiymət: 10/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
10+25=
Hesaba giriş
Müəllif

Rizvan Fikrətoğlu
Haqqında
Abişov Rizvan Fikrət oğlu 15.09.1996-cı ildə Yardımlı rayonunun Ərsilə kəndində dünyaya göz açmışdır. 2014-cü ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə qəbul olmuşdur. Hazırda BDU-nun II kurs tələbəsidir. Bir çox şeirlər, məqalələr, hekayələr və s. müəllifidir.
Əlaqə
Tel.:
0513461438 və 0708823655
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
Twitter
YouTube-da izlə
Facebook
0.0501 saniye