Amneziya
Ramin Hüseynsoy tərəfindən "Elmi məqalə" bolməsinə 01:13 22 iyul 2015 tarixində əlavə olunmuşdur

Amneziya.Bir çoxumuz bu sözün anlamını bilirik.Yəni yaddaşın itməyi anlamına gəlir.Amneziya müddətinə görə iki yerə ayrılır:Uzun müddətli və qısa amneziya.Mənim xalqım uzun müddətli amneziya tutub.Xalqım ağlını,yaddaşını itirib.Öz kökün danan kim,dahilərin tənqid edən kim,keçmişindən,simgəsindən,adətindən vaz keçən kim,şairin,sərkərdəsin kafir sayan kim,kimsən axı kim?!

Birinci Babək Xürrəmidən danışaq.Kim idi Babək?Niyə ərəblərlə vuruşurdu?Nə etmişdi ərəblər ona?

Babəki bir çoxları islama qarşı çıxmaqda təqsirləndirir.Bəli!O islmaın bəzi ehkamların qəbul etmirdi.Çünki,keçmişdən sahib olduğu adət-ənənələrinə qadağa qoyurdu.Amma bu əsas vermir ki,Babəki islam düşməni kimi göstərməyə.Belə sual çıxır ortaya?Babək müsəmanlarla düşmən idisə bəs dəstəsində niyə müsəlmanlar var?Babəkin dəstəsində müsəlmanların olduğunu ərəblər özləri də etiraf edirlər.Bu o deməkdir ki,Xürrəmilər hərəkatı dini mübarizə olmayıb.Babəkin dəstəsində müsəlman da,xristian da,atəşpərəst də olub.Bu qədər müxtəlif dindən olan insanın bir yerə yığışmağının bir səbəbi var idi.Ərəb zülmü!

Ərəblərin vergi siyasəti vəziyyəti ağır olan kəndliləri var yoxdan çıxarırdı.Əkilən əkilməyən torpaqdan vergi alınması,uşaqdan böyüyə hamıdan cizyə və xəracın alınması və s. kimi qanunlar sadə camaatı narazı salmışdı.Bu da ərəblərə qarşı nifrət yaradırdı,islama yox.Babək də xalq içindən çıxan biri idi.Həm zülüm görmüşdü,həm də şahidi olmuşdu.Xalqın belə əzilməyi ona ağır təsir edirdi.Buna dözmədi.İlk öncə Cavidanın dəstəsinə qoşuldu və sonra isə liderinə çevrildi.Dünyay səs salan Xürrəmilər hərəkatı elə bu zamandan başladı.Ərəblərin qorxulu yuxusu oldu.

Mənə maraqlı olan bir məsələ də bir çoxlarından Babək haqda mənfi rəydə olanların "Hansı mənbədə yazılıb?" sualına "ərəb tarixçisi belə yazıb" deyə cavab verir.Mən anlaya bilmirəm,siz Azərbaycan haqqında məlumatları da erməni mənbələrindən oxuyursuz?

Ərəb öz dümənini əlbəttə öyməyəcək.Onu pisləyəcək,mənfi fikirlər formalaşdıracaq.Bir fakt da var ki,Babəkin əsl adı Həsən olub.Yəni müsəlman olub.Ancaq dediyimiz kimi bəzi ehkamları qəbul etmədiyinə görə ona ərəb mənbələrində "Zındıq" deyilib.Zındıq da ərəb dilindən çevirmədə "dindən dönən" deməkdir.Deməli Babək müsəlman olmuş,sonra imtina etmişdir.Ancaq o heç vaxt müsəlmanlara qarşı olmayıb,hətta dəstəsində ərəb Əzrək adlı bir nəfər də olub.

Babəkin azadlıq mübrizəsin,xalqı üçün azadlığı hər şeydən üstün tutan birisini indi kafir deyib qəbul etmirlər.Babək xalqının hər bir nümayəndəsin sevidi,amma heyf ki,hamı onu sevmədi və sevməməkdə davam edirlər.Mənim xalqım amneziyaya tutulub.Ağlını hələ də tapa bilmir.

Bir çoxları tərəfindən xoş qəbul edilməyənlərdən biri də Seyid İmadəddin Nəsimidir.Nəsimini də din düşməni adlandırırlar.Amma halbu ki,ondan çox Tanrıya bağlı olanlar az idi.Onun qəzəllərinə ilk baxanda ona kafir demək normaldı.Çünki,baxan elə bilir ki,o özünü Allah sayır.Ancaq həmişə ikinci baxış lazımdır.Nəsimi o qədər savadsız deyildi ki,açıqca özünü Tanrı adlandırsın.O,bu həvəsəd olsaydı sətiraltı yazardı.Ancaq onun açıq yazmağı şübhə doğurur.Nəsimi elə bir biliyə sahib idi ki,fikirlərini sətiraltı mənalarla ifadə edə bilərdi.O,dövrünün ən kamil şəxslərindən biri idi.O,yüksək universitet təhsili almış,ilahiyyat,tarix,riyaziyyat,astronomiya və s. kamil dərəcədə öyrənmiş,islam,xristian,yunan,Uzaq Şərq fəlsəfəsi ilə tanış olmuşdur.Bu qədər yüksək təhsil almış insan nə dediyini,yazdığını bilmirdi?Xeyr!Gəlin onun qəzəllərinə müraciət edək.

Mən də sığar iki cahan,mən bu cahana sığmazam,

Gövhər ila məkan mənəm,kövnü məkana sığmazam.                               

Biz hamımız bu qəzəlin birinci beytin əzbərdən bilirik.Bəs mənasın necə bilirk mi? Mənası budur:Məndə iki cahan-bir bu fani dünya,bir də o biri dünya sığar.Yəni mən bu dünyada da,o biri dünyada da yaşayacağam,yəni əbədiyəm.İkinci beytdə isə belə deyir.Mən yaratılmışların ən dəyərlisiyəm və heç bir zamana və məkana sığmazam.Ancaq bəziləri bu qəzəlin sətiraltındakı mənanı tapa bilmirlər deyə başqa yozumlar edirlər.Bununla da Nəsiminin sözləri Allaha bağlılığı deyil də,Allahı inkar etməyə bənzəyir.Bu qəzəldə tərsinə yozum asandır.Sizə başqa bir Nəsimi qəzəli təqdim edim.Burda qəzələ baxan kimi Nəsiminin Allaha bağlılığı,ona qul olduğu aydın görünür.

Bir əcaib dərdə düşdüm, hər kəs

gedər karına,

Bu gün buldum - bu gün yerim, Haq

kərimdir yarına,

Zərrəcə tamahım yoxdur bu dünyanın

varına

Ruzimi verən Xudadır, qula minnət

eyləməm...

İndi özünüz qiymət verin.Burda nəsə küfrə bənzər,Allaha şərik qoşma gözə çarpır mı?

Biz hamımız Nəsiminin edamın bilirik.Əqidəsinə görə edam olunub.Amma başqa gerçəkliklər də var.Onu edam edənlər kimlər idi-hansı məzhəbə mənsub idi?Onu edam edənlər sünni olub.Nəsimi isə şiə idi.Deyəcəksiz Hürufi idi.Bəli,Hürufi idi.Hürufilik də şiəliyin təriqəti olub.Bundan əlavə Nəsimi seyid-Şiə imamlarının nəslindən idi.Bunu öz şerində də təsvir etmişdir.

Qibləgahımdır Məhəmməd , səcdəgahımdır Əli

Mən qulami xanədanam, padişahımdı Əli,

Ehtiyacım var ona püşdü-pənahımdı Əli,

Könlümü qıldı münəvvər, mərhəmanımdı Əli,

Qibləgahımdır Məhəmməd , səcdəgahımdır Əli.

Unutma milliyyətini,keçmişdən gələn adətini,kimliyi göstərən simgələri!Unutma edilən yaxşılıqları.O yaxşılıqları ki,bir vaxtlar sənin özgürlüyün üçün canını verdi!Bu amneziyanın bircə dərmanı var:Kamilləşmək!!!


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
9+7=
Hesaba giriş
Müəllif

Ramin Hüseynsoy
Haqqında
Şair,yazar,dramaturq
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0272 saniye