Ana dünyanın ən dəyərli varlığıdır
Həqiqət Abbasova tərəfindən "Digər yazılar" bolməsinə 15:58 05 mart 2014 tarixində əlavə olunmuşdur

Nə söz bəs edər onu anlatmağa, nə göz çatar ona baxmağa. Saçının ağaran hər telində bizim yaşa dolduğumuz illər var. Ağlarkən başımızı sinəsinə qoyub, təsəlli taparıq, düşərkən əlindən tutub qalxarıq. Özü yıxılan ağlamaz deyərlər, amma bəzən bilərəkdən ağlayarıq. Çünki onun şirin dilindən əzizlənmək istəyərik. Dünyaya gəldiyimiz gündən layla demişdir bizə. Bu yaşda isə layla əvəzinə  “dərslərini çalışmağa başla! Vaxtında yat!” deyərlər. Yatarkən bir sığal çəkməyi yetər yuxuya getməyimizə. Ötməyi yetər bir gülüşümüzə. “Balam” deməsi yetər dünyanın digər başından gəlməyimizə. Bütün bunları oxuyan nədən bəhs olunduğunu yaxşı başa düşər. Mövzumuzun adı kimi “Ana dünyanın ən dəyərli varlığıdır”. Onlar kimi saf mələklər yoxdur yer üzündə. Anamızın qoxusunu heç bir çiçəkdən qoxlaya bilmərik. Onun səsini heç bir musiqidən eşidə bilmərik. Onun gözlərini göy üzündə tapa bilmərik. Onun əllərinin yumşaqlığını heç bir pambıqda hiss edə bilmərik. Onu anlatmağa söz bəs etməz, vərəqlər yetməz, insan bezməz. Odur ki, onu heç kimə, heç nəyə bənzətmək olmaz. Mənim fikrimcə o ən ulu varlıqdır.


... dəfə oxunub
Qiymət: 8/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
9+3=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0213 saniye