Ana Layla de
Nicat Cəfər tərəfindən "Şeir" bolməsinə 16:07 21 dekabr 2014 tarixində əlavə olunmuşdur

Ana Layla denən mənə

Duyum səni, duyum səsi

Ana! Layla denən mənə,

Qaytar məni ötən ilə

Sənlə olan günlərimi,

Aylarımı, illərimi

Qaytar mənə öz səsinlə,

Nəfəsinlə qaytar mənə !

Ana! Layla denən mənə

Yadındadı? Xatirələr,

Gəzdiyimiz o küçələr,

Səndən qalan hədiyyələr

Eh !- o günlər eh boş həyat!

Layla deyib məni yaşat!

Məni boya-başa yetirdin,

Gecələr yatmayıb layla deyirdin.

Nə qədər ömrüm var borcluyam ana

O ağarmış tellərinə qurban olum

Qəlbinə toxundum yenə can dedin

Uşaq olmaq istəyirəm !

Qucağında bəslə məni,

Səslə Ana ! Səslə məni
Hay ver mənim Fəryadıma ...

Sən heç tək qoymazdın məni

Ana ! Ana ! ........

Apardığın baxça, parklar

Gözümün önündədir Ana

Sənsiz Həyat istəmirəm!

Ana! Layla denən mənə

Sən olmayan hər bir şeyin

Xoşbəxtliyin hiss etmirəm

Ana ! İndi bilsən necəyəm ?

Yarpağları solux-solux,

Bir torpağam səhra kimi

Heçnə bitməz Qurumuşam

Yorulmuşam, yorulmuşam !

Hər baxışında bir məna gördüm

Ana! LAYLA denən mənə

            Ana! LAYLA denən mənə 


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
5+7=
Hesaba giriş
Müəllif

Nicat Cəfər
Haqqında
Mən Nİcat Tarverdiyev 1994 Baki şəhərində anadan olmuşam Hal hazırda tələbəyəm ədəbiyyatin heca əruz sərsbəst vəznlərində yaza bilirəm. İNşAllah ki oxuyub dəyərli qiymətlərinizi deyərsiz
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0366 saniye