And İçənlərə
Amin Mehdi tərəfindən "Şeir" bolməsinə 08:18 30 iyun 2015 tarixində əlavə olunmuşdur

And içmək əzəli vərdişimizdir.
Yenilik deyil ki,şair dostum.
Hər kəs bir gün yeni mərhələyə keçir
Və baxırsan ki,
Həkimlər məzun olub Hipokrata and içir.
Sonra bir gün polislər məzun olub qanunlara,
Kişilər ata olub uşaqlarına and içir.
Kədərlərdən məzun olan aşiq
Sevməyəcəyinə,
Anasını itirən yetim körpə
Bir də heç kimə ana demiyəcəyinə and içir.
Atasından velosiped istəyən uşaq
Kişi cibinin çarəsizliyini anlayanda
Bir də heç nə istəməyəcəyinə and içir.
Və bir gün hamı böyüyüb getməyəcəyinə and içir,
Amma bir gün elə həmin hamı qəfil gedir,
Çünki biz ana bətnindən məzun olanda
Qəfil getmələrə and içmişdik.
Ona görə hamıdan və hər yerdən qəfil gedirik.
Biz andımıza sadiq məzun
Və qəfil gedənlərik.
Başqa heç nə..


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
3+28=
Hesaba giriş
Müəllif

Amin Mehdi
Haqqında
Qafqaz Universiteti (tərcümə)
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
Twitter
Ordenlər
Nazim Hikmət Ordeni
YouTube-da izlə
Facebook
0.0287 saniye