Anlaya bilmədiyimiz müasirlik, yoxsa?
Rizvan Fikrətoğlu tərəfindən "Elmi məqalə" bolməsinə 01:42 13 aprel 2015 tarixində əlavə olunmuşdur

Elm, texnikanın inkişafı insanları yeni-yeni layihələrə qədəm qoymağa vadar edir. Bu isə insanları elmə yaxınlaşmağa, təcrübi sahələrlə məşğul olmağa sövq edir. Tədris müəssisələri gündən-günə artır, universitetlərdə tələbələrin sayı get-gedə çoxalır.

Vaxtikən yazarlar, şairlər, dahilər və belə elm adamları cəmiyyətdəki elmsizlik və cahillikdən şikayətlənirdilər. XIX-XX əsrlərdə S.Ə.Şirvani, C.Məmmədquluzadə, M.Ə.Sabir kimi dahilər əsərlərində bu məsələyə xüsusi predmetdən yanaşmış, məsələnin həlli yolunu axtarmağa çalışmışdılar. Bu da təsadüfi deyil ki, H.Zərdabinin Azərbaycan mətbuatının əsasını qoyduğu “Əkinçi” qəzeti, C.Məmmədquluzadənin redaktorluğu ilə yaranmış “Mollla Nəsrəddin” jurnalı kimi mətbu orqanlar cəmiyyəti məhvə sürükləyən savadsızlıqdan söhbət açmışdır. Belə mətbu orqanlar cəmiyyətin geridəqalmasını savadsızlıqla əlaqələndirmişlər. Həqiqətən də o vaxtkı cəmiyyət avam, sadəlövh idi. Biz bunu M.F.Axundzadənin əsərlərində aydın görə bilərik. Belə desək, M.F.Axundzadənin komediyalarının əsasını cəmiyyətin təhsildən uzaqlaşması təşkil edir. Cəmiyyətin təhsilsiz qalması ilə yanaşı XIX-XX əsrlərdə insanların kortəbii şəkildə dinə bağlılığı da cəmiyyətin geridəqalmasından xəbər verirdi. Çünki, indi necədirsə həmin dövürlərdə də dindən bir silah kimi istifadə edirdilər.İndiki kimi şəriət cəmiyyətdə formal xarakter daşıyırdı. S.Ə.Şirvaninin “Tələbənin hadisəsi”, “Elmsiz alim”, “Köhnə elmdən şikayət”, “Avam ata ilə alim oğlu”, “Fəqih ilə oğlu”, “Müctəhidin təhsildən qayıtması”, satiralarında şəriəti və dini quldurluq silahına çevrmiş ikiüzlü din xadimlərini, “Köpəyə ehsan”, “Allaha rüşvət”, “Dəli şeytan”, “Yerdəkilərdən göyə şikayət”, “Riyakar abid”, “Münəccimlər yalançıdırlar” satiralarında isə bir sıra tipik ruhani surətləri yaratmışdır. Bu da təsadüfi deyilki şairin əxlaqi-didaktik əsərlərinin ana xəttini maarifçilik ideyaları təşkil edir. “Molla Nəsrəddin” jurnalı digər mətbu orqanlardan fərqli olaraq savadsızlığın tənqidi nöqteyi-nəzərdən daha da irəli gedirdi. Hətta jurnalın üz qabığında Tiflis rəssamı Oskar Şmerliqin çəkdiyi karikatura müsəlman dünyasının qəflət yuxusunda olduğunu təsvir edir. Tənqidi realizim ədəbi cəryanını formalaşdıran “Molla Nəsrəddin” ədəbi jurnalı yarandığı vaxtdan süqut etdiyi vaxta qədər satira yolunu tutmuşdur. Cəmiyyətdə tüğyan edən savadsızlığa qarşı kəskin mövqedə dayanan M.Ə.Sabir,M.S.Ordubadi, Ə.Nəzmi, Ö.F.Nemanzadə, Ə.Qəmküsar, Ə.Haqverdiyev, M.M.Şəbüstəri, Ə.Əzimzadə və başqaları bu ədəbi məktəbin görkəmli nümayəndələrindəndir.

Bununla yanaşı Cəfər Cabbarlı ” Sevil” əsərində əsil həqiqətlərdən söhbət açmışdır. Burada ədib Gülüş obrazı ilə Sevili mənən ayıltmışdır. Sevil əvvəllər avam qadın olsa da Gülüşün təsiri ilə ali təhsilli qadın səviyyəsinə yüksəlir. Əsərdə Sevil müəllifi olduğu “Azərbaycan qadınlığının inkişaf yolu” kitabı avam mühitin oyuncağına çevrilmiş qadınların ayılmasına, inkişafına səbəb olmuşdur. Və ya M.Ə.Sabirin “Oxutmuram, əl çəkin” kimi satirik şeirləri keçən əsrlərin acınacaqlı savadsız cəmiyyətin düşdüyü vəziyyətindən xəbər verir. Əslində XXI əsrin savadsızlığı heç də əvvəlki əsrlərdən fərqlənmir. Əsas fərq ondadır ki, o vaxtkı savadsızlıq elmin az tədris olmasından və yaxud heç tədris olmamasından cəmiyyət acınacaqlı hala düşmüşdü. Hazırda universitetlərdə oxuyan tələbələrin əksəriyyəti istəmədikləri ixtisaslara sahib olduqlarından gələcəkdə işlədikləri vəzifədə rol oynaya bilmirlər. Bu isə cəmiyyət tərəfindən birmənalı qarşılanmayan bir faktdır. XXI əsrin savadsızlığı keçən əsrlərin savadsız cəmiyyətindən heç də fərqlənmir. Sadəcə tələblər dəyişib, zəmanənin hökmünə uyğun olaraq dövran yeni bir mühit ilə əhatələnmişdir. O vaxt təhsilin olmamasından dolayı insanlar elmsiz qalmışdılar, indi isə təhsilin kortəbii şəkildə inkişaf etməsindən dolayı gənclər elmsiz qalır.Keçən əsrin insanları azca da olsa dinə bağlı idilər. Söz yox, dindən bir silah kimi istifadə olunsa belə!. XXI əsrdə isə təhsil ocaqlarında tez-tez şahidi olduğumuz etikadan kənar hərəkətlər müasir savadlı Azərbaycan gəncinin dinə, savada bağlılığından xəbər vermir. Bu da danılmaz bir faktdır ki, savadlı olmaqdan dolayı kitab oxuyan, savadla qidalanan gənclərimiz azlıq təşkil edir. Çoxusu universitetə qəbul olmaq xatirinə gözdən pərdə asmaq üçün oxuyurlar. Bu isə savadlı olmaq demək deyil. Əslində universitet təhsilin ibtidaisidir. Bu bir daha sübut edir ki, Sabir, Cəlil kimi dahilərin maarifsizlik haqda yazdıqları əsərləri heç də öz aktuallığın itirməmişdir.

Daim axtarışda olan, oxumaqdan və öyrənməkdən yorulmayan insanlar savadlı və uzaqgörəndirlər. Əsl peşəkarlıq budur. Məhəmməd Peyğəmbər (s.ə.ə.) belə demişdir: “Beşikdən qəbir evinədək oxumaq lazımdır”. İnsanı kamilləşdirən, mənən yüksəldən tək vasitə elmdir.

Müəllif: Rizvan Fikrətoğlu

Bakı (İnşaatçılar)

19/10/2014


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
10+13=
Hesaba giriş
Müəllif

Rizvan Fikrətoğlu
Haqqında
Abişov Rizvan Fikrət oğlu 15.09.1996-cı ildə Yardımlı rayonunun Ərsilə kəndində dünyaya göz açmışdır. 2014-cü ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə qəbul olmuşdur. Hazırda BDU-nun II kurs tələbəsidir. Bir çox şeirlər, məqalələr, hekayələr və s. müəllifidir.
Əlaqə
Tel.:
0513461438 və 0708823655
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
Twitter
YouTube-da izlə
Facebook
0.0202 saniye