Ariadnanın ipi ifadəsi
Rafiq Əsədov tərəfindən "Digər yazılar" bolməsinə 17:42 12 dekabr 2014 tarixində əlavə olunmuşdur

Ariadnanın ipi - məhşur ifadə çətin vəziyyətdən çıxma yolu, çətin tapşırığın öhdəsindən gəlmək üçün açar, vasitə mənasında işlədilir.

Ariadna qədim yunan qəhrəmanı Teseylə bağlı mifdə əsas obrazlardan biridir.

Ariadna Krit çarı Minosun və Pasifayın qızı, günəş tanrısı Heliosun nəvəsidir.

Minosun tələbi ilə hər il Afina şəhərinin sakinləri Krit adasında labirintdə saxlanılan Minotavra qurban olaraq şəhərin üzərinə hüçum etməməsi üçün 7 cavan qız və 7 cavan oğlan yollayırdılar.

Bu oğlanların arasında olan Teseyə aşiq olan Ariadna ona iti qılınc və Labirintdən geri cıxa bilməsi üçün yumaq ip verir və Minotavrı öldürən Tesey geriyə labirintin girişində bağladığı ip vasitəsiylə qayıdır və hər kəsi xilas edir.

Ariadnanın sonraki taleyi barəsində çoxlu müxtəlif miflər var. Miflərin hamısının ortaq çəhəti odur ki, Ariadna Teseylə qaçır və adalardan birində yuxuda olarkən Tesey onu tərk edib qaçır.

Bu mifik sujet qədim yunanıntandan ta bu günə qədər ən məhşur və müxtəlif incəsənət sahələrində ən çox işlənən mövzulardandır.

O, qədim yunan traqediya ustası Sofoklun "Tesey" tragediyasının əsas personajıdır.

Qədim roma şairi Ovidiy Ariadnanın Teseyə məktubunun müəllifidir.

O, Tiçian, Tintoretto, Annibala Karraci, Lenen qardaşları, Delakurua, və bir çox digər əvəzsiz fırça ustalarının oz tablololarında işlədiyi movzudur.

Gördüyünüz şəkil Dannekerin məhşur Ariadna pantera üzərində rəsmidir.

Lorenço Medici "Vakx və Ariadnanın triumfu"(1490) karnaval üçün poemanın müəllifidir.
"Ariadnaın şıkayəti" şerinin müəllifi Niçşedir. "Ariadna" pyesinin müəllifi Alan Miln, "Ariadna" şeir dramının müəllifi Marina Çvetaevadır.

Bu mövzuda operaların müəlifləri arasında Klaudio Monteverdi, Qendel, İrji Benda, Rixard Ştraus, Dariyus Miyo, Boquslav Martin, Volfanq Rim və bir çoxlarının adı var.


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
10+3=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0234 saniye