Ata və Ana
Səbinə Məmmədzadə tərəfindən "Esse" bolməsinə 16:27 02 fevral 2014 tarixində əlavə olunmuşdur

Ata və ana. Əvəzedilməz varlıqlar.Hansı ki, biz onların sayəsində yaşayırıq, nəfəs alırıq. İlk olaraq bizi dünyaya gətirirlər sonra da min-bir əziyyətlə böyüdürlər. Atamız bizim yaxşı, rahat yaşamımız üçün gecə-gündüz çalışaraq pul qazanır. Anamız isə biz xəstələnəndə gecələr keşiyimizi çəkir. Gözünü bir saniyə belə qırpmır. Onlar valideyn borclarını artıqlamasıyla yerinə yetirirlər. Biz nə qədər də çalışsaq həmin borcu ödəyə bilmərik.

Hal-hazırki dövrümüzdə ata və anasının qədrini bilməyən o qədər övlad var ki. Hətta bəzən bu cür xəbərlər eşidirik: “Filankəs atasını öldürdü, filankəs anasını qətlə yetirdi”. Şəxsən mən bu cür xəbərləri eşitdikdə inana bilmirəm. Daha doğrusu inanmaq istəmirəm. Onlar bizdən heç nə gözləmirlər. Sadəcə onlara bizim sevgimiz lazımdı. Çox şeymi istəyirlər. Yox. Bəzi övladlar onları itirdikdən sonra dəyərlərini anlayır. Ancaq onda gec olur. Necə deyirlər “ Sağlığında qiymət verin insanlara”. Mənim fikrimcə onlar bizim baş tacımızdır. Onlarsız həyat heçnədir. Ata və analarımız hər şeyi, hər kəsi əvəz edə bilər, ancaq onları heç kəs əvəz edə bilməz. Gəlin onlara layiq olduqları dəyəri verək. Ata və analarımızın qədrini bilək!!!


... dəfə oxunub
Qiymət: 10/10(9 səs)
[qiymət ver ]
Şərh yaz
4+17=
Hesaba giriş
Müəllif

Səbinə Məmmədzadə
Haqqında
314 saylı orta məktəbin 9-cu sinif şagirdiyəm. Hərdən nələrsə yazıram. Qardaşımın yazıları mən də bu sahəyə maraq oyadıb. Gələcəkdə kitablarımın nəşr olunmağını arzu edirəm.
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.034 saniye