Atlantida - itirilmiş şəhər
Mustafazadə Ayka tərəfindən "Maraqlı məlumatlar" bolməsinə 16:59 11 yanvar 2015 tarixində əlavə olunmuşdur

Atlantidanın faciəvi tarixi haqqında məlumatlara ilk dəfə qədim yunan filosofu Platonun əsərlərində rast gəlinib. Təxminən 2 min il yaşı olan həmin əsərlərdə Atlantida adasının Atlantik okeanda yerləşdiyi qeyd olunur. Yazdıqlarından belə aydınlaşır ki, Atlantidadan qərbdə nəhəng Amerika materikinin mövcudluğu Platona məlum olub. Onun Atlantida haqqında qeydlərinə olan maraq da daha çox bununla bağlıdır. Çünki Platonun müasirlərinə Yer kürəsinin quruluşu tam dəqiqliyilə məlum ola bilməzdi. Platonun tarixi rəvayətindən belə anlaşılır ki, Atlantida okeanın dibinə çökməklə məhv olub. Ancaq Platon Atlantidanın məhv olduğu tarixi dəqiq göstərməyib. Atlantida ilə bağlı tarixi materialları araşdıraraq 1882-ci ildə "Atlantida - subasmaöncəsi dünya" əsərini qələmə alan İ.Donelli hətta "atlantologiyanın atası" kimi qəbul edilirdi. Bu mövzuda apardığı araşdırmalardan sonra İ.Donelli Platonun reallıqda mövcud olmuş nəhəng adanı təsvir etməsi haqqında mülahizə irəli sürmüşdü. O hesab edirdi ki, Atlantida ilk və ən qədim bəşəri sivilizasiyanın məkanı olub. Böyük ehtimalla Atlantidanın ən qədim kaloniyası Misir olub. Bu səbəbdən də Misir sivilizasiyasını Atlantida sivilizasiyasının təzahürü saymaq olar. Bürünc əsri Avropaya məhz Atlantidadan ayaq açıb və ilk dəfə dəmirdən atlantlar istifadə ediblər.

İ.Danellinin davamçılarından olan Vilyam Skott-Elliot tərəfindən tam həqiqət kimi təqdim olunan konsepsiyaya görə, Atlantida bizim eradan yüzlərlə min əvvəl yüksək inkişaf səviyyəsinə çatmış sivilizasiyaya malik olub. Bu unudulmuş qitə Atlantik okeanın böyük bir hissəsini tuturmuş. Onun sərhədləri şimaldan indiki İslandiyaya, cənubdansa müasir Rio-de-Janeyro şəhərinə qədər uzanırmış. İlk kataklizm təxminən 800 min il əvvəl baş verib. Nəticədə Atlantida öz əvvəlki relyefini itirməyə başlayıb. Amerika materiki bu nəhəng adadan ayrılıb. Nəhayət, bizim eradan əvvəl 9564-cü ildə dördüncü və sonuncu fəlakət baş verib. Və okean Atlantidanı həmişəlik olaraq udub. Bunun nəticəsində planetimizin müasir quru və dəniz sərhədləri indiki görüntülərini alıb. Skott-Elliota görə, Atlantidanın iki milyonluq əhalisi olan paytaxtı Stavorot adlanıb. Atlantida cəmiyyəti quldarlıq üzərində təşəkkül tapıbmış. 

www.interaztv.com


... dəfə oxunub
Qiymət: 10/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
4+27=
Hesaba giriş
Müəllif

Mustafazadə Ayka
Haqqında
06.04.2003 Təvəllüd
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0457 saniye