Avqust Strindberq-Tənha
Nigar Şahsuvarova tərəfindən "Digər yazılar" bolməsinə 21:14 04 fevral 2016 tarixində əlavə olunmuşdur

İsveç yazıçısı Avqust Strindberq'in 1903-cü il məhsulu sayılan “Təhna” romanı ilk olaraq Parisdə sevimli fransız dilində və eyni zamanda Stokholmda doğma, amma sevmədiyi isveç dilində çıxdı. İçindəki təhnalıq axtarışı ilə yazıçı Stokholm'u müşahidə edir. “Və sonra...” isə heç nə baş vermir. Strindberq tənhalıqdan təsirlənərək öz üzərində dəyişikliklər aparır, bir-biri ilə uzaqlığı-yaxınlığı olmayan təsadüfi düşüncələr, görüşlər təşkil edir. Əslində, “Tənha” süjeti olmadığından roman deyil, bədiiliyindən ötrü esse də deyil. 

Məsələ ondadır ki, “roman”ı əlaqəsiz epizod yığını da saymaq olmur, çünki bütövlüyü göz önündədir. Burada “Hamlet” xatırlanır, pyesdə əhəmiyyətli dərəcədə söz yoxdur, amma dramatik inkişaf mövcuddur.

Dövr var idi ki, ədəbi sahədə şiddətli müzakirələr gedirdi: Yazıçının avtobioqrafiya yazmasına ehtiyac varmı, yoxsa onun baxış istiqaməti əsasdır? 

Strindberq o yazıçılardan sayılır ki, tənqidçilər və tədqiqatçılar onun həyat və yaradıcılığını hərtərəfli araşdırırlar. Burada Strindberq özü günahkardır. Onun hekayə və romanları, eyni zamanda pyesləri həyati detallar ilə o qədər zəngindir ki, xüsusi ədəbi termin icad edilib: “Avtobioqrafik nəsr”

Öz romanlarında müəllif ən kiçik detalına qədər dəqiqdir. İsveç tarixçiləri Strindberq yaradıcılığı vasitəsilə 19-20-ci əsr Stokholm'un gündəlik həyatını araşdırırlar. Müasir ədəbiyyatşünaslardan Karssenberq hətta müəllifin əlyazmaları ilə Stokholm'un “xəritə”sini də hazırlayıb.

Bioqrafik əlyazmalar Stindberq'i klassikaya çevirdi. İnsanlar gəzdikləri küçələri tanıyır, həyatdakı yaxınlarının portretlərini müzakirə edir, Stokholm haqqında bildikləri hər şeyi öz yaddaşlarına köçürürlər.

Lakin bioqrafiyanın leytmotivi üzrə yazıçının öyrənilməsi təkcə isveç cəmiyyətində öz təzahürünü tapmayıb. Məşhur alman filosofu Yaspers tənbəllik etməyib qələmə aldığı “Strindberq və Van Qoq” monoqrafiyasında iki rəssamın psixoloji analizini təsvir etmişdi. Almanın qələmində isveçin portreti xoşagəlməz olaraq təsvir olunub. Yaspers mizantropiya və pessimizmin ağrılı xəstəliyini görür, hallünasiyalı və sayıqlayan xarakterin psixi cizgisini yaradır.

Təəssüf ki, müasir ədəbi prosesdə Strindberq haqqında psixiatr və psixoloqlar onun anomaliya və paranoiddən əziyyət çəkən biri kimi təsvir edirlər. Bununla onlar özü barədə səmimi və dürüst olan yazıçıdan qisas alırlar. O, digərlərinin yazmağa cəsarət etmədiklərini qələmə alıb. Söhbət cinayət və ya təhrifdən getmir. Bu dəfə Strindberq'i başa düşmək üçün daha kiçik yol mövcuddur. Biləndə ki, onun gənclə görüşü var, qəhrəman onu dəhşətə gətirir: birdən oğlu olar, birdən ondan yardım istəyər, və ya daha dəhşətlisi, ona qonaq gəlib təhnalığın cənnətini sındırar.

Əgər isveç teatrı Strindberq'siz yaşaya bilmirsə, digər ölkələrdə onun əsərləri səhnə və ekranda az nümayiş olunur. Ancaq yazıçının bioqrafiyası dövrün zövqü kimi gözlənilməz vəziyyətdə populyarlıq qazanmışdı.

Bioqrafiyanın diqqəti cəlb edən psixoloji ab-havası yazıçını qavramaqda çoxlarına maneçilik törədir. Xüsusən də, hiss etmirlər ki, Strindberq öz “Təhna”sı ilə klassik ədəbiyyat ənənəsini gənə kimi sorub.


... dəfə oxunub
Qiymət: 8/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
7+8=
Hesaba giriş
Müəllif

Nigar Şahsuvarova
Haqqında
Yazar, kitabsevər, kinoman.
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
Ordenlər
Cəlil Məmmədquluzadə Ordeni
YouTube-da izlə
Facebook
0.0364 saniye