avtobusunun pəncərəsindən zillənib gözlərim küçəyə yol çəkirdi
Sən An tərəfindən "Şeir" bolməsinə 03:39 19 noyabr 2015 tarixində əlavə olunmuşdur

***
avtobusunun pəncərəsindən
zillənib gözlərim küçəyə
yol çəkirdi.

bir dayanacaqda 
köhnəlmiş ümid paltarında 
yaşlı bir kişi
əlində əsa
xatirələrə söykənmişdi.

o biri dayanacaqda,
darıxan saçlarını 
kəsdirmiş bir qadın vardı
əllərini salmışdı paltosunun ciblərinə
üşüyürdü.

axırıncı dayanacaqda
atasının əlindən tutmuş uşağın,
sağ əli pul dilənirdi.
sol əlində də 
həyat gözlərindən düşürdü.


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
5+10=
Hesaba giriş
Müəllif

Sən An
Haqqında
küçədə oynayan uşaqların sevinci mənim kədərimə mane olur.
Əlaqə
Tel.:
055 626 01 77
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0249 saniye