Axtarış
Elnur Osmanov tərəfindən "Hekayə" bolməsinə 12:34 17 dekabr 2015 tarixində əlavə olunmuşdur

Axtarış ( hekayə )
Bir gənc boz şəhər həyatından sıxılır, fikri həqiqət axtarışında olur. Müxtəlif cərəyanlara, qruplaşmalara, ideologiyalara qoşulur, amma heçbirində özünü tam tapa bilmir. Oxuduqca, öyrəndikcə onu narahat edən suallara cavab tapmaq əvəzinə əksinə suallar ancaq yeni suallar yaradır. Yuxusu pozulur, fikrini artıq heç bir işə cəmləşdirə bilmir . Dostlarından , tanışlarından uzaq düşür, özünə qapılır, ancaq oxuyur, nəsə araşdırır, lakin heç cürə düzgün həyat formulunu tapa bilmir.
Mənasız şerlər yazır : 
Şəhər həyatı
Gün çıxır , batır
Örtülür üstü
Hər yanı tüstü
Robotlaşıblar
Varlı, kasıblar
Əksər insanlar
Günü satanlar
Borclar, kredit
Banklar da bandit
Görünməz zəncir
Kimləsə əlbir
Kitablara son
Əldə almafon
Qocaya, gəncə
Şou əyləncə
Eyni ritmlər
Zombilər dinlər
Ən son versiya
Deqredasiya
Səbrsiz olur
Hirslə tez dolur
Son zaman hərkəs
Vaxt keçir əbəs
Axırda internetdə dağ başında yaşayan bir qoca müdrik haqqında məlumat tapır. Onun həyat tərzi haqqında bir jurnalistin məqaləsini oxuyur və ona çox maraqlı gəlir. Gənc hesab edirki onun ruhuna yaxın ancaq həmin qocanın həyat tərzidir və hər şeyini atıb onun yanına getməyi qərara alır. Olan qalan hər şeyini sataraq, uzun yol gedib, çox əziyyətlər çəkib gəlir həmin qocanın evinə. Onun fikrincə qoca özünə qapanan və qonaq istəməyən bir kəs olmalı idi. Amma gənci görəndə gülümsəyir, daxmasına dəvət edir və söhbətləşirlər. Gənci səbrlə dinlədikdən sonra deyir :
- Oğul , nə deyirəm. Lap yaxşı ,mən də yaşlanmışam . Qalarsan burda kömək edərsən mənə.
Gənc çox sevinir. Bütün əşyalarını evin bir küncündən yerbəyer edir və beləliklə onun tərki-dünya həyatı başlayır.
Amma çox şey onun gözlədiyi kimi olmur. Qoca demək olar ki, fəlsəfi söhbətlər etmir. Onun düşündüyü kimi tezdən durub idman etmir və s. Amma əvəzində gəncə çoxlu tapşırıqlar verir. Əksərən isə tapşırıqlar mənasız olur. Məsələn meşədən odun gətirməyə göndərir , amma yaxındakı meşədən yox, həmişə yolu ən pis , ən çətin olan meşənin hissəsinə göndərir. Uzaqdan bulaqdan çox su gətizdirir, amma gənc həmişə görür ki qoca sudan çox az işlədir, buna baxmayaraq gənc hər dəfə evə qayıdanda su qablarının boş olduğunu görür və onu yenidən su gətirməyə yollayır. Ən əsası isə qoca onun fikirləşdiyi kimi tərki-dünya həyatı yaşamır. Köhnə Nivasını xodlayıb demək olar ki , həftədə iki-üç dəfə yaxındakı qəsəbəyə gedib gəlir. Amma heç vaxt onu özü ilə aparmır. Gənci o qədər işlə yükləyir ki, gənc dəfələrlə qocanı lənətləyib hər şeyi atıb gedib öz əvvəlki həyatına qayıtmaq istəyir. Amma hər dəfə düşünür ki yox bu sadəcə bir imtahandı , dözməlidir, yəqin bu müdrik də cavanlığında səbrini belə tərbiyə edib. Yəni hər dəfə mənasız saydığın işlər belə ola bilsin ki nəsə bir ali məqsədə qulluq edir. Amma mənəvi rahatlıq əvəzinə gündən günə əksinə daxili gərginliyi artır. Bir dəfə qoca ona çayın qırağından 30kq noxud boyda qırmızı daşlar yığmağa göndərir, özü isə qəsəbəyə gedir. Gənc 4-5 saat soyuq suyun kənarından qoca dediyinə oxşar daşlar yığır və daşıya bildiyi qədər gətirir, çəkir tərəzidə, biraz çatmır, gedir qalanını da yığır gətirir. Çox yorulur. Qoca qəsəbədən gəlir , daşlara baxır və çox sakit halda daşların 90% dən çoxunu əlinə götürərək xoşuna gəlməyəni dərəyə atır. Və sonda deyir sən mən deyən kimi ancaq 3kq daş gətirmisən qalanı ölçüsü mən istəyən kimi deyildi, çox kürəşəkilli deyildi və rəngi də mən istəyən kimi qırmızı deyildi. Sabah qalan 27kq yığıb gətirərsən. Gənc çox hirslənsə də , səbrini toplayır və günlərini adi qaydada başa vururlar. Sabah yenə çay qırağına düşərək mümkün qədər qoca dediyi kimi daşlardan toplayır. Axşam yenə qoca baxır və daşların əksərini yenə atır dərəyə çıxıb gedir. İndi deyir 20kq qaldı . Sabah gətirərsən. 
Bu dəfə gənc özündə cəsarət toplayıb sorusur bu dasları nə üçün yığır. Qoca gülümsəyərək cavab verir ki vaxt gələndə biləcək. Gənc biraz ürəklənir və bu minvalla düz bir həftəyə 30 kq tam qoca istəyən kimi daşlar toplayır. Gənc səbrsizliklə qoca daşları nə üçün topladığını gözləyir. Qoca evə gəlib daşları bi kisəyə yığır və köməkləşib kisəni evin arxasında külək oynadan şiferin üstünə qoyurlar. Gənc təəcüblə soruşur :
- Burda məqsəd nə idi ?
- Şiferi külək oynatmasın
Gəncin əsəbi içərisini partladır. Əllərini yumruq sıxaraq əsəbi halda soruşur:
- Olmazdıki elə birinci dəfə gətirdiyim daşları bura qoyardıq və ya elə həyətdən , yan-yörədən daş yığıb qoyardıq şiferin üstünə? Niyə görə məhz məni göndərdiz uzaq çayın sahilindən və məhz qırmızı , kürəşəkilli , noxud boyda daş gətirməyə ?
- Olardı
Gənc lap əsəbindən yerində dura bilmir. Bu dəfə qışqıraraq soruşur
- Bəs olardısa , niyə bu qədər əziyyət verdiz mənə boş yerə ?
- Mən sənə əziyyət vermədim, sən özün özünə əziyyət verdin oğul
- Mən bucür daşların hansısa dəqiq bir məsələyə xidmət edəcəyini düşünürdüm, sizə inanırdım ki bu əziyyəti çəkdim. Siz mən bura gələndən məni qul kimi lazımlı, lazımsız işlər gördürməkdən başqa heç bir şey öyrətmədiz. Mən də axtardığım suallara heçbirinə cavab tapmadım
- Ay sağol oğul. İndi qulaq as. Həyatda heçbir ümumi ali məqsəd yoxdu. Necə ki sən mənim ali məqsədim üçün daşları yığıb əziyyət çəkdin lakin mən öz məqsədimə çatdım, sənin üçün isə bu ali məqsəd deyildi. Ona görə düşünüb yalnız öz gəldiyin nəticə üçün çalışmalısan. Sənə yeridilən heçbir məqsəd sənin üçün ali ola bilməz. Hər kəs qarşıda xoş günlər vəd edib digərlərini işlədirlər və mənasız rituallar etdirib insan eqosunu kollektivlik, vətənpərvərlik və s. şüarlarla doydurub istədikləri kimi idarə edirlər. Mən sən gətirən suyu hər gün təzdən dərəyə axıdırdım. Səni tezdən oyadıb özüm istədiyim vaxt qalxırdım və s. İnsanın yeganə düşməni öz özüdür. Sənin özün seçim verib mənim yanıma həqiqət axtarışı üçün gəldin, niyə? Çünki özün əziyyət çəkib həqiqəti pazl kimi toplamaq istəmədin. Mənim həqiqətimi olduğu kimi öyrənib özünə koplayamaq istədin. Amma həyatda hər kəs həqiqəti özü tapmalıdır. Heç kimin həyat tərzi kimsə üçün nümunə deyil. Sən sadəcə eqonu doydurmaq üçün daha asan yolu seçirsən. Yəni hansısa şəxsin , hansısa fikir tərzinin əsirinə çevrilirsən. Bu da həmişə faciə ilə nəticələnir. İnsanlardan, alimlərdən, filosoflardan və hətta ən axmaq insanlardan belə nəsə öyrənmək lazımdır. Çox oxu, amma heçvaxt tənqidi unutma, heçvaxt kiməsə, nəyəsə ideal gözü ilə baxma. Heç kəsə pərəstiş etmə. Özünü piramidanın üstündə gör, hansıki piramidanın əsası bütün insanlar və onların bilikləridir. Mənim sözlərimi də olduğu kimi qəbul etmə, çünki bu mənim sözlərimdi. Səninsə öz fikrin olmalıdı
Gənc qocanın əlini sıxır və sağollaşaraq əşyalarını yığır, görüşüb öz həyatını qurmağa gedir.


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
9+26=
Hesaba giriş
Müəllif

Elnur Osmanov
Haqqında
Hər kəs ona verilən qədər yox, daxilindəki qədər azaddır
Əlaqə
Tel.:
+994558390527
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.028 saniye