Azərbaycanım!
Aysel Abdullazadə tərəfindən "Şeir" bolməsinə 21:40 20 fevral 2018 tarixində əlavə olunmuşdur

Ürəyimin qanıdır
Bayrağının al qırmızı rəngi. 
Ölkəm dediyimdə
İçimdə çırpınıb uçmaq istəyən
Bir göyərçinin səmasıdır
Maviliyin.
Qarabağın yaz havasıdır
Ciyərlərimə çəkdiyim yaşıllığın.
Vətən!
Varmı səndən ötə sevda?!
Varmı səndən yuxarıda Tanrı?!
Sən anam
Sən anama ana,
Sən kimliyimə qürurumsan.
Vətən!
Səni sevmək -
Sənlə olmaqdan keçmir.
Səni anmaq -
Uzağında olmaqla ertələnmir.
Səni bilmək -
Şəxsiyyətimi təsdiqdir.
Sənə tapmaq -
Səndə yaşamaq deyil.
Vətən!
Elə bir uzağındayam ki,
Əlim çatmır,
Ünüm yetmir.
Elə bir yaxınındayam ki,
Sol yanıma dolmuş sevginlə
Səsim səni bütün dünyaya çatdırır.
Bu deyilmi əsl sevgi?!
Bu deyilmi təmənnasız eşq?!
Vətən!
Sevmək, sevirəm demək deyil.
Savaşın ən güclüsü
sözlə vuruşmaqdı.
Mən səni sözümlə sevirəm.
Mən səni sözümlə savunuram.
Sənin üçün sözlə savaşıram.
Vətən!
Mən səni yarama duz basar kimi
İçimdə yara edib
Duzlayıram.
Hər sızıltıda,
Hər göynəmədə
Səni sol yanıma doldururam.
İçimdə tükənməyən sevgimsən, Vətən!
Can dediyimdə
Azərbaycan'ımsan.
Azərbaycan dediyimdə
Can'ımsan.
Azərbaycan, varlığımsan!

Aysel Abdullazadə...

 

 


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
5+18=
Hesaba giriş
Müəllif

Aysel Abdullazadə
Haqqında
Filoloq-Yazar -Ssenarist. Müəllifi olduğu ssenariyə "Qara Ləkə" adlı film çəkilişi davam edir. Azərbaycan və Türkiyə mətbu orqanlarında mütəmadi çap olunur, @maviidergi ilə əməkdaşlıq edir. Bir kitab yazarıdır, ikinci kitabı Türkiyədə çapa hazırlanır. Türkiyədə yaşayır, ailəlidir, bir qız övladı var. ayselabdullazade.blogspot.com blog yazarı
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0214 saniye