Bacarsan unut yaxud bir xəstəliyin tarixi
Narniya tərəfindən "Digər yazılar" bolməsinə 19:07 13 avqust 2021 tarixində əlavə olunmuşdur

"Yarımçıq qalmış təcrübələr"  

Tibb Universitetinə qəbul olandan sonra məndə qəribə fikir formlaşmışdı ki, sevgi deyərkən, adrenalin, dofamin çoxluğu, bir neçə molekul düşünülə bilər. Tibb mənim üçün hər şeyi adiləşdirmiş, yaxud maddiləşdirmişdi. Bu haqda nə vaxtsa yazmış, sonra yandırmışdım. Yadımdadır, cümlə bü cür başlayırdı: “Bir telepat, ədəbiyyatçı, model və riyaziyyatçı yeni dünya yaratmaq istədilər. Bu, ideal insanın sınaq şüşəsində mayalanması ilə doğulacaq fərdin “yeni başlanğıc” olacağına inam idi. Mendel cədvəlinə uyğun model qurulmuş, iki saf xətt alınaraq çarpazlaşdırılmış və sonda əkiz, müxtəlifcinsli iki fərd alınmışdı. Tam təfərrüatları, sxemi xatırlamıram. Bu haqda nə vaxtsa biologiya müəllimimə demişdim. O isə dəqiq nə demək istədiyimi anlamamışdı. “Yaxşısı budur, dərslərinizlə məşğul olun.” – dəyərək, yorğun, eynəyini gözündən çıxarıb dərsliyin açıq səhifələri üzərinə qoymuş, sol baş və göstərici barmaqları ilə gözlərinin içəri uclarını ovaraq, göz qapaqlarını endirmişdi. Bir neçə saniyə sükutdan sonra o, davam etməyə başladı. - Dediklərin ağlasığmazdır.

1. Sən kiməsə kimisə sevməyi əmr edə bilməzsən.

2. Hansısa tədqiqata başlasan belə nəticələrini görməyə sənin ömrün çatmaz.

Mən birinci müddəayla razılaşmadım: “Axı hansı hisslərdən söhbət gedə bilər, fərd sınaq şüşəsində yaranır. Bu, “Sadəcə işdir”. Seçilmiş fərdlər, çarpazlaşmalar. O isə mənadar:

- Təcrübədə iştirak edənlər də insanlardır. Sən hələ könüllüləri tap, sonra mülahizələrinlə dərsə müdaxilə edərsən. Yadımdadır, mən çox dəfələr yazmağa cəhd etdim və hər dəfəsində ya iştirakçılar arasında sevgi cücərirdi, yaxud təcrübə aparan qız qərarsızlıqla yumurta hüceyrə, spermləri uyğun olmayan mühitə yerləşdirirdi. Hətta sxemdə belə irəli gedə bilməməyimi bir cümlə ilə tamamladım.  

“Qanun – hisslərdən məhrum mülahizədir.”

                                                                      Sultan Süleyman,

                                                                                           Aristotel ?  

 

 2017                                                                                                    SON.


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
10+14=
Hesaba giriş
Müəllif

Narniya
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0343 saniye