Badamın faydaları
Vəfa Teymurova tərəfindən "Elmi məqalə" bolməsinə 15:22 11 sentyabr 2014 tarixində əlavə olunmuşdur

BADAM. Xalq təbabətində badam ləpəsi qan azlığında, bronxial asmada və yuxusuzluqda işlədilir. Badam yağı ürək və qulaq ağrısında, sətəlcəmdə, iltihabda və boğaz ağrısında faydalıdır. Badamda xüsusi maddə vardır ki, o orqanizmin hüceyrələrini qoruyur və onları sağlam saxlayır.

Yataq yarasında badam yağı bədənin xaricinə çəkilir. Badam orqanizmdə olan pis xolesterinin miqdarını azaldır. Şərq təbabəti təsdiq edir ki, badam və əncirin qarışığı jenşenin bütün faydalı xassələrini üstələyir. Badam şəkərlə birlikdə asmada, plevritdə, bağırsaq və sidik kisəsində yara olanda çox faydalıdır. Badam kişiliyin qüvvəsini artırır, görməni yaxşılaşdırır. Badam sevənlər üçün yaxınlaşan qocalıq qorxulu deyildir. Badamı sevənlər istənilən yaşda özlərini gümrah, cavan və yüngül hiss edir.

İnfarkdan sonra 100 qr badam ləpəsini qaba töküb, üstünü örtənə qədər qaynar qaynanmış su tökmək, 10 dəq. saxlayıb qabıqları təmizləmək. Həvəndəstədə xəmirə çevrilənə qədər əzmək və bu zaman vaxtaşırı 2-3  x.qaşığı soyuq qaynanmış su əlavə etmək. Alınan kütləni bir bankaya töküb üstünə 3 stəkan qaynanmış soyuq su tökmək, qarışdırmaq və sıxıb süzmək. Süd rəngli maye alınacaqdır. Sıxılıb süzülmə zaman qalan iri hissələri təkrar əzmək su əlavə etmək və sıxıb süzmək. Birinci və ikinci süzmədən sonra alınan badam südünü qaynatmaq və zövqə uyğun şəkər qatmaq. Yeməkdən sonra gündə 3 dəfə 100 ml. içmək.

Yatmazdan qabaq qulağa 5-6 damcı badam yağı damızdırmaq və pambıqla qulağı tıxamaq. Bu müəyyən qədər ağır eşitmədən qoruyur.

tibb.az


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
10+0=
Hesaba giriş
Müəllif

Vəfa Teymurova
Haqqında
İnternetdən həyata dair əldə etdiyim maraqlı məlumatları sizlərlə bölüşəcəyəm.
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.033 saniye