Bağışlamaq sevmək deməkdir
Afig Huseynov tərəfindən "Hekayə" bolməsinə 14:25 13 may 2014 tarixində əlavə olunmuşdur

Bir dəfə harada ki,Söz deyilməli idi,orada Səssizlik Səssizliklə görüşdü.Başlarına gələcək bədbəxtliyə bir addım qalmış 2 küskün incik  bir birini tanıdı.Onların darıxdırıcı baxışları sanki tənhalığı və boşluğu əks etdirirdi. Birdən onlarin arasında yer yarıldı və sonsuz uçurum əmələ gəldi , arxalarında isə keçilməz qaya yarandı.Səssizlik və Səssizlik dəhşətə gəldilər.Onlar yolun sonunu gördülər və anladılar ki,onlar daha bir yerdə yaşamağa yox,ölməyə məhkumdurlar.Lal dodaqları sıxıldı və dilləri təlaşla Söz axtarmağa başladı.Onların  uçruma düşməsi an məsələsi idi.Gücləri tükənmişdi...Onlar əllərini bir birinə uzatdılar və düşdükləri an dillərindən Söz qopdu:”BAGIŞLA”.


... dəfə oxunub
Qiymət: 9/10(14 səs)
[qiymət ver ]
Şərh yaz
10+21=
Hesaba giriş
Müəllif

Afig Huseynov
Haqqında
Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsini 1978 ci ildə bitirmişəm.
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0356 saniye