Bakının ilk təsviri (1684-cü il)
Sirlər Ensiklopediyası tərəfindən "Maraqlı məlumatlar" bolməsinə 10:33 03 oktyabr 2015 tarixində əlavə olunmuşdur

Azərbaycan torpağı lap qədimdən alimlərin, səyyahların, siyasətçilərin, coğrafiyaşunasların, bir sözlə, bütün sənət və peşə sahiblərinin diqqətini özünə cəlb etmişdir.

Maraqlar müxtəlif olmuşdur – bəziləri neftə görə, bəziləri təbabətdə istifadə olunan bitkilərin çoxluğuna görə, bəziləri Abşeronda olan “Müqəddəs yanar ocağa” görə, bəziləri əlverişlı coğrafi mövqeyinə görə (Böyük İpək Yolu) və s.

İlk dəfə Bakının rəsmini çəkən isveçli həkim və səyahətçi Engelqard Kempfer olmuşdur. Bu rəsm 1684-cü ilə təsadüf edir. Onun təsvirində Bakı bir az uzunsov, dənizə tərəf uzanmış və yastı damlı evlərdən ibarət bir şəhərdir. Şəhər möhkəm qala divarları ilə əhatə olunmuşdur.

Azərbaycanı dolaşanlar bura haqqında öz xoş təəssüratlarını rəsmlər və yazılarda əbədiləşdirirdilər. Azərbaycanda olanlar tək Bakı haqda deyil, eləcə də, Şamaxı, Gəncə, Şuşa haqqında da öz xoş təəssüratların kağızlar üzərində (rəsm və yazılarla) həkk edirlər. Bu gözəl diyarı gəzənlərin hamısı buranın gözəl tikililərinə, təbiətinə, adət-ənənələrinə heyran olurdular və bütün bu gözəlliklər haqqında olan təsvirlər (istər yazılı, istər rəsm) Azərbaycan haqqında yazılmış, çəkilmiş bir tarixi sənəddir.

Orucova Jalə / AZENS.AZ


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
10+20=
Hesaba giriş
Müəllif

Sirlər Ensiklopediyası
Haqqında
Sirlər Ensiklopediyası Facebook səhifəsinin rəsmi Yazar.in profili. Ən maraqlı xəbərlər, qeyri-adi faktlar və sirli hadisələr haqqında yazılar, foto və videolar sizin üçün çox maraqlı olacaq...
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0239 saniye