Baş tutmayan arzular
Afig Huseynov tərəfindən "Digər yazılar" bolməsinə 02:29 25 may 2014 tarixində əlavə olunmuşdur

Çoxları işləmirlər...öz ixtisasları üzrə işləmirlər...həm də işlədikləri ixtisas da arzuladıqları deyil...

Çoxları təyin edilmiş qaydalarla yaşayırlar...bu öz qaydaları deyil,bu, ailələrin,anaların,həyat yoldaşlarının,məişətin onları yönləndirdiyi qaydalardır,amma bu arzuladıqları həyatın qaydaları deyil...

Adama elə gəlir ki,sevdikləri şeylər göz oxşayır,amma başqaları üçün yox...əslində uşaq vaxtlarında bütün dünyanı sevəcəklərini arzulamışdşlar...artıq sevgi də başqalaşıb,arzuladıqları sevgi deyil...

İnsanlar küçədə ,iş yerində və.s. arzuladıqları  yarısını axtarırlar...əslində daha axtarmırlar,seçirlər,supermarketdə mal alırmışcasına...daha axtarmaq da arzuladıqları kimi deyil...

Elələri var ki,yaradıcılıqla məşğuldurlar...pullu yaradıcılıqla...üç gündən sonra unudulacaq gündəlik tələbat yaradıcığı ilə,heç zaman arzulamadıqları şeylərlə...

Adamlar var ki,həyat mücadiləsi edirlər...hamar olmayan,enişli-yoxuşlu,əzablı,amansız həyatda...amma onlar əslində  bu cür həyat istəmirdilər...arzuladıqları həyat bu deyildi...

Valideynlər övladlarına sevinirlər...uşaqlar böyüyür və ayaqları üstündə durmağı bacardıqdan sonra çalışdıqları  işlərinin içərisində itib bataraq valideynlərini unudurlar...onlar valideynlərinin  arzuladıqları uşaqlar deyil...və uşaqlar da belə valideynlər arzulamamışdılar yəqin...

Bax belə ,deyərdim ki arzulamışdıq...o qədər çox şey ki...ancaq arzuladıqlarımızın çoxu sakitcə və görünmədən harasa yox olur,hiss edilmədən...yaşlarımızın içərilərində...biz bunu heç vaxt arzulamamışdıq...heç vaxt...

 


... dəfə oxunub
Qiymət: 8/10(10 səs)
[qiymət ver ]
Şərh yaz
3+10=
Hesaba giriş
Müəllif

Afig Huseynov
Haqqında
Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsini 1978 ci ildə bitirmişəm.
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0368 saniye