Basqa birini seve bilmezsen
Rahid Zahidoğlu tərəfindən "Şeir" bolməsinə 09:52 18 aprel 2014 tarixində əlavə olunmuşdur

Aşiqəm, dərdindən divanəyəm mən,

Qəlbimin açarın gizləmisən sən.

Her zaman sevmirəm söyləsəndə sən.

Başqa birisini sevə bilməzsən.

 

Eybi yox gözlərəm,zamanım çoxdur,

Sevirəm deyəsən çaresi yoxdur.

Özgəsin düşünmə,qəlbimçün oxdur.

Başqa birisini sevə bilməzsən.

 

Sevgilim, sənsizlik yaman ağırdır,

Mənə dediyin sözlər sanki nağıldır.

Səninçün başqası inan yalandır,

Başqa birisini sevə bilməzsən.

 

Kim bilir, toyunu görə bilərəm,

Qonaq kimi məclisə gələ bilərəm.

Yanında başqası dayansa belə,

Başqa birisini sevə bilməzsən.


Mahnıda səninəm deyə bilərsən,

Toyunda yalandan gülə bilərsən,

Görürsən,xoşbəxtəm söyləsən də sən,

Başqa birisini sevə bilməzsən.


Gün gələr həyatda yaşamaram mən,

Sanarsan başqasın düşünəcəksən.

Məzarım üstünə gəlməsən də sən,

İnan,başqa birisini sevə bilməzsən.


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
1+22=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0288 saniye