Bax!
Turqay İbrahimli tərəfindən "Şeir" bolməsinə 21:15 07 aprel 2018 tarixində əlavə olunmuşdur

Sən bu fələyin gərdişi dövranına bir bax!

Dərd-qəmlə dönən çərxi-dəyirmanına bir bax!

***

Aşiqlər əzəldən belə tarimardı dostum,

Vecsiz yaşayan işvəli cananına bir bax!

***

Eşqdən qəti umma özünün dərdinə məlhəm,

Sərgərdan olan Məcnunun ünvanına bir bax!

***

Hərgah azar isən yolu şəhvət diyarında,

Xəlq eyləyənin nur dolu fərmanına bir bax!

***

Dərvişlər içrə gəl arama başqa nümunə,

Turqay deyilən dərdli qəzəlxanına bir bax!


... dəfə oxunub
Qiymət: 10/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
2+30=
Hesaba giriş
Müəllif

Turqay İbrahimli
Haqqında
Hüquqşünas-politoloq
Əlaqə
Tel.:
050-244-94-79
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
Twitter
YouTube-da izlə
Facebook
0.025 saniye