Nə qədər dayazdır, nə qədər dərin
Görə bildiyin qədərdir hisslərin.
Nə qədər görərsənsə, onu yaşayarsan
Sərhədlərin haradırsa, yaşamın da ora qədərdir.
Keçə bilməzsən sınırları
Görə bilməzsən ondan sonrasını,
Daha ötəsini...
Yaşayamazsan, dərinliyini
Dayazlarla kiçildərsən həyatını
Böyüdükcə baxış bucağının dərəcəsi artar,
Ya azalar...
Sınırları özün bəlirlə, ora sənindir
İstər artır, istər kiçilt,
Heç nə görmə, kiçilmişlərlə yaşa,
Daha dərinə varma...
Dünyan sənin baxa bildiyin qədərdir
Yaşantın yaşamağı bacardığın ölçüdə...
Görüb duyduqların genişlətməli baxış bucağını
Pəncərə çərçivəsi qədər dar olmamalı
Daha böyük, daha sərbəst, daha sınırsız...
Dünyaya açılacaq qədər azad,
Səni boğmayacaq qədər anlamlı
Təlatümsüz, basqısız olmalı...
Gördüyün, hər kəsin görə bildiyidir
Daha ötəsi yox mu?!
Var əlbəttə, sən görməyə qısıtlısan.
Təkcə insan olduğunu görərsən, məsələn
Varlığın içində bulunanları sezə bilməzsən.
Uşağı görərsən, daxilindəki böyük insanı deyil
Kişini görərsən, içindəki adamı deyil
Fahişəni görərsən, bir zaman məsum qadınlığını deyil...
Çox şey görüb, az dərk edər
Dünyanı bu qədər zənn edərsən.
Qısıtlı yaşam sənin seçimindir
Həyatını çərçivələyən,
Və quru bir divardan asan sənsən...
Aç pəncərəni, bax bütün kainata
Sındır tabularını, əz, keç sınırları
Tam şəkildə gör,
Bütövlüklə bax həyata.
Sevgini dad, gülümsə,
İnsanları yarqılamadan dinlə
Həyat daha gözəl görünəcək gözünə...
Böyüt bucağını, dəyiş baxışını
Daha dərindən yaşa,
Qalib ol, qazan savaşını...
Aysel Abdullazadə...