Bayraq nədi bilməm - SATİRA
Yusif Nazim Ərəbsoy tərəfindən "Şeir" bolməsinə 17:49 02 aprel 2014 tarixində əlavə olunmuşdur

Bayraq nədi bilməm

                                                           Bayrağımızdakı üç rəngin mənasın bilməyən bir vəzifə sahibinin dilindən

                         

“Mən dərd nədi, qəm - qüssə nə, möhnət nədi bilməm,

Hazır yediyimdəndi ki, zəhmət nədi bilməm.

 

Əvvəl düşünərdim nədi kasib, nədi yazıq,

Mən məmur olandan sora millət nədi bilməm.

 

Arsız yaşamaq canə xeyirmiş deməmişkən,

Rahətdi canım mən daha qeyrət nədi bilməm.

 

Mən getmişəm əsgər nədi xidmət bunu billəm,

Öz xalqına kabnetdəki xidmət nədi bilməm.

 

Bir bax papana, gör necə korrupsionerdir!

Sən söyləmisən: - mən hələ rüşvət nədi bilməm?

 

Ey kimsə, mənə söyləmə: - sən gəl savab iş gör...

Mən pul qazanım, yoxsa ki, rəhmət? nədi bilməm.

 

Cənnət də bu dünyadə, cəhənnəm də mənimçün,

Boş şeydi cəhənnəm nə, ya cənnət nədi bilməm.

 

Min bir gözəlim var, hanı sevməkdə mənimtək?

Sevmək vətəni?! Yox, bunu, əlbət, nədi bilməm”.

 

Bir məmura sordum: - nədi bayraqdakı məna?

Yusif, - dedi: “bayraq nədi, hörmət nədi bilməm!”.

 

Yusif Nazim Ərəbsoy


... dəfə oxunub
Qiymət: 5/10(5 səs)
[qiymət ver ]
Şərh yaz
10+1=
Hesaba giriş
Müəllif

Yusif Nazim Ərəbsoy
Haqqında
YUSİF NAZİM ƏRƏBSOY (Məmmədov Yusif Ağaəhməd oğlu, “Nazim” - nəzmə çəkən, şeir yazan deməkdir) 1988 - ci il oktyabrın 10 - da Şamaxı rayonunun Ərəbqədim kəndində anadan olmuşdur. 1995 - ci il sentyabrın 1-də Qobustan rayon Göydərə kənd 9 illik əsas məktəbin 1 - ci sinfinə daxil olmuşdur. 2004 - cü ildə bu məktəbi bitirərək, orta təhsilini davam etdirmək üçün fizika-riyaziyyat və informatika təmayüllü liseyə qəbul edilmiş və 2006 - cı ildə bu məktəbin məzunu olmuşdur.  Bakı Slavyan Universitetinin “Yaradıcılıq” və Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecinin “Mühasibat uçotu və audit” fakültələrini bitirmişdir.         Yaradıcılığa 14 - 15 yaşlarından başlayan Yusif Nazim Ərəbsoy əsasən, satirik mövzuda yazır. 2011 - ci ilin may ayında böyük satirik şairimiz M. Ə. Sabirin vəfatının 100 illiyinə həsr olunmuş “Satira və qəzəl” müsabiqəsinin fəxri diplomuna layiq görülmüşdür. 2015-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında "Bilik" fondunun "Vətənpərvərlik" mövzusunda ümumrespublika üzrə elan etdiyi müsabiqədə "Sərçə sevgisi" adlı şeiri 1-ci yeri qazanmışdır. "Şou dünya" adlı kitab müəllifidir. Kitabda müəllifin satiraları, sevgi və digər mövzuda yazdığı şeirləri, eləcə də aforizmləri çap olunmuşdur.          
Əlaqə
Tel.:
(070) 686 - 06 - 25, (050) 993-03-60
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
Ordenlər
Mirzə Ələkbər Sabir Ordeni
YouTube-da izlə
Facebook
0.0271 saniye